Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkətin fəaliyyəti nəticəsində yarana biləcək hüquqi riskləri müəyyən etmək, onları qiymətləndirmək və qarşısının alınması üçün tədbirlər görmək.
Şirkət daxilində və xaricində bağlanan müqavilələri hazırlamaq, hüquqi baxışdan keçirmək və müqavilə reyestrini aparmaq.
Dövlət orqanlarından daxil olan müraciətlərə cavab vermək.
Müştəri şirkətlərdən daxil olan hüquqi sorğuları araşdırmaq və cavablandırmaq.
Müqavilələrin və şirkətin maraqlarının qorunmasına yönələn digər mühüm hüquqi sənədləri hazırlamaq, razılaşdırmaq və hüquqi ekspertizasını aparmaq.
Məhkəmə mübahisələrini idarə etmək, məhkəmə proseslərində və barışıq sazişlərinin bağlanması mərhələsində şirkəti təmsil etmək, eyni zamanda kənar hüquq məsləhətçilərinin işini əlaqələndirmək.
Müştərilər, tərəfdaşlar və digər hüquqi şəxslərlə bağlanan müqavilələr üzrə hüquqi riskləri dəyərləndirmək və risklərin azaldılması üçün tövsiyələr hazırlamaq.
Zərurət yarandıqda dövlət və icra orqanlarında, notariat kontorlarında və məhkəmələrdə təşkilatı qanunvericiliyə uyğun qaydada təmsil etmək.
Hüquqi fəaliyyət üzrə aylıq və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Rəhbərliyin və struktur bölmələrin hüquqi məsələlər üzrə sorğularını cavablandırmaq, hüquqi məsləhət vermək.
Borclularla bağlı məhkəmə işlərinin başlanması üçün lazım olan sənədləri toplamaq, hüquqi təhlil aparmaq və aidiyyəti sənədləri məhkəməyə təqdim etmək.
Şirkətin digər struktur bölmələrinə hüquqi məsələlər üzrə nəzarət və dəstək göstərmək, xüsusilə əmək qanunvericiliyinin tətbiqi, əmək və icra intizamı, eləcə də işçilərin intizam və maddi məsuliyyətə cəlb olunması mövzularında İnsan Resursları Departamentinə hüquqi dəstək vermək.
Mübahisəli hüquqi məsələlər üzrə rəylər hazırlamaq, dövlət və hüquq-mühafizə orqanlarına, publik hüquqi şəxslərə ünvanlanan sorğu, ərizə və məktubların hazırlanmasında iştirak etmək.
Şirkətin hüquq və mənafelərinin müdafiəsi üçün pretenziya, mediasiya və məhkəmə sənədlərini, o cümlədən iddia, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsatətlər və digər prosessual sənədləri hazırlamaq, həmçinin məhkəmə perspektivi barədə hüquqi rəy vermək.
Məhkəmə qərarlarının icrasını izləmək, icra işlərində şirkətin maraqlarını qorumaq üçün lazımi hüquqi tədbirlər görmək və məhkəmələrdə, dövlət orqanlarında, icra və probasiya şöbələrində şirkətin nümayəndəsi kimi iştirak etmək.
Məhkəmə işlərinin nəticələrini ümumiləşdirmək və təhlil etmək, yekun qərar verilmiş işlərə dair sənədlərin arxivləşdirilməsini təşkil etmək.
Daxili prosedur və qaydaları hazırlamaq, təkmilləşdirmək və onların hüquqi uyğunluğunu yoxlamaq.
Şirkətin fəaliyyəti ilə bağlı hüquqi riskləri əvvəlcədən müəyyən etmək və onların minimuma endirilməsi üçün təkliflər vermək.
Şirkət əməkdaşlarına hüquqi məsələlər üzrə əsaslandırılmış yazılı və şifahi məsləhətlər vermək.
Dövlət qurumları ilə hüquqi yazışmalar aparmaq.
Əsas tələblər
Hüquq sahəsində ali təhsil.
Əmək və mülki hüquq üzrə biliklər.
Sənədlərin hazırlanması və hüquqi məsələlərin idarə olunması bacarığı.
Məsuliyyətli, diqqətli və operativ olmaq.
3-5 il iş təcrübəsi.
Yaş həddi: 30-55.
İş şəraiti
Şəhər: Bakı
Əmək haqqı: 1500 - 3000 AZN
İş yeri Binəqədi ərazisində, DSK yolu üzərində yerləşir; işçi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə götürülür.
Nahar şirkət tərəfindən təmin olunur.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqəli şəxs: Şöhrət Tağıyev
Əlaqə: 050 328 88 66
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
