Vakansiya haqqında
VUMES MMC komandamıza qoşulmaq üçün hüquq sahəsində peşəkar
bilik və praktiki təcrübəyə malik, məsuliyyətli və təşəbbüskar Hüquqşünas
axtarışındadır.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin
fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğunluğunun təmin edilməsində iştirak etmək;
Şirkətin
hüquqi maraqlarını qorumaq və hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi
və qarşısının alınması istiqamətində tədbirlər görmək;
Müqavilələrin,
sazişlərin, protokolların və digər hüquqi sənədlərin hazırlanmasını, təhlilini
və hüquqi ekspertizasını həyata keçirmək;
Şirkətdaxili
əmr, sərəncam, qərar və digər hüquqi sənədlərin hazırlanmasında iştirak
etmək;
Şirkətin
dövlət qurumları, hüquqi və fiziki şəxslərlə münasibətlərində hüquqi məsələlərin
tənzimlənməsini təmin etmək;
Məhkəmə
və digər dövlət orqanlarında şirkətin hüquqi maraqlarını təmsil etmək;
Hüquqi
sorğuların, müraciətlərin və rəsmi məktubların hazırlanmasını təmin etmək;
Qanunvericilikdə
baş verən dəyişiklikləri izləmək və onların şirkətin fəaliyyətinə təsirini
qiymətləndirmək;
Hüquqi
sənədlərin sistemləşdirilməsi, qeydiyyatı və uçotunun aparılmasını təmin
etmək.
Namizədə dair tələblər:
Hüquqşünaslıq
ixtisası üzrə ali təhsil;
Hüquq
sahəsində minimum 5 il iş təcrübəsi;
Azərbaycan
Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi,
İnzibati Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi
və digər normativ hüquqi aktlar üzrə mükəmməl biliklər;
İcra
haqqında qanunvericilik və beynəlxalq hüquqi normalar barədə biliklər;
Müqavilə
hüququ, əmək münasibətləri və korporativ hüquq sahəsində praktiki təcrübə;
Hüquqi
sənədlərin hazırlanması, təhlili və sistemləşdirilməsi bacarığı;
Analitik
düşünmə, problem həll etmə və qərarvermə qabiliyyəti;
Yüksək
yazılı və şifahi ünsiyyət bacarığı;
Məsuliyyətlilik,
diqqətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
İş
yeri: Bakı şəhəri;
İş
qrafiki: Tam iş günü;
Əməkhaqqı:
Müsahibə əsasında müəyyən edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
