Vakansiya haqqında
Təsvir
Şirkətin təsis sənədlərinin, daxili qaydalarının və digər korporativ sənədlərinin hazırlanması və yenilənməsi, hüquqi şəxsin dövlət qeydiyyatı, yenidən təşkili və ləğvi ilə bağlı prosedurların idarə olunması;
Təşkilatın müxtəlif fəaliyyət istiqamətləri üzrə müqavilələrin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hazırlanması, əlavə və dəyişikliklərin edilməsi, müqavilələrin reyestrinin aparılması və mütəmadi yenilənməsi;
Təşkilatın fəaliyyəti ilə bağlı qəbul edilən yeni normativ-hüquqi aktlar barədə aidiyyəti əməkdaşların məlumatlandırılması;
Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etməklə onun hüquq və mənafelərinin müdafiəsinin təmin edilməsi;
Cəmiyyət tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Cəmiyyətə qarşı qaldırılan iddialar üzrə etirazların, mülahizələrin və çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin tərtib olunması;
Hüquqi risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılması üçün strategiyaların hazırlanması;
İnvestor, tərəfdaş və müştəri şikayətləri və sorğularına baxılması;
Struktur və bölmələrin iş fəaliyyəti zamanı yaranan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
Əmək mübahisələrinin həlli və intizam məsələlərinin hüquqi qaydada idarə olunması;
Qanunvericiliyə edilən dəyişikliklərə operativ reaksiya verilməsi və şirkətin mövqeyinin formalaşdırılması.
Tələblər
Hüquq sahəsi üzrə bakalavr və/və ya magistr dərəcəsi;
Beynəlxalq hüquq normaları üzrə biliklər;
Hüquq sahəsində ən azı 5 il iş təcrübəsi;
Bank və kredit təşkilatlarında minimum 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Mülki, Mülki-prosessual, İnzibati prosessual, Əmək, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyini, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi normativ xarakterli aktların hüquqi əsaslarını dərindən bilmək;
Beynəlxalq hüquq və ya maliyyə sertifikatları arzuolunandır.
İş şəraiti
İş rejimi: 6 gün;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək.
Göstərilən tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini foto ilə birlikdə mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə telefonu: 055 216 20 65
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
