Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azroksan LLC

Hüquqşünas

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İş haqqında: Şirkətin hüquqi fəaliyyətini təmin edəcək, müqavilə və korporativ sənədlərin hazırlanması ilə yanaşı onların hüquqi ekspertizasını aparacaq, hüquqi məsləhətlər verəcək, qanunvericiliyə uyğunluğu izləyəcək, hüquqi risklərin idarə olunmasında və mübahisələrin həllində iştirak edəcək, korporativ hüquq istiqamətində fəaliyyət göstərəcək hüquqşünas axtarılır. Əsas vəzifələr: Müqavilələrin hazırlanması, hüquqi yoxlanılması və razılaşdırılması; Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsələlər üzrə rəy və məsləhətlərin verilməsi; Korporativ sənədlərin, o cümlədən qərarların, protokolların, etibarnamələrin, nizamnamələrin və digər sənədlərin tərtibi; Dövlət orqanları və digər təşkilatlarla hüquqi yazışmaların aparılması; Şirkət fəaliyyətinin qüvvədə olan qanunvericiliyə uyğunluğunun təmin edilməsində iştirak; Hüquqi risklərin aşkar edilməsi və azaldılması üçün təkliflərin hazırlanması; Mübahisələrin məhkəməyədək həlli prosesində iştirak. Tələblər: Hüquq sahəsində ali təhsil; Korporativ hüquq, müqavilə hüququ və ya kommersiya hüququ üzrə minimum 1-2 il iş təcrübəsi; Azərbaycan və İngilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (zəruridir); Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət; Korporativ idarəetmə sahəsində təcrübə; Müqavilələrin hazırlanması və danışıqların aparılması üzrə praktiki bacarıqlar; MS Office proqramlarında sərbəst işləmək bacarığı. Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməli və mövzu hissəsində “Hüquqşünas” qeyd etməlidirlər. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.