Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Decoliv

Biznesə nəzarət bölmə müdiri

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Şirkətin maliyyə nəzarəti funksiyasını idarə etmək və maliyyə direktoruna müntəzəm, dəqiq idarəetmə hesabatları təqdim etmək. Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək, kənarlaşmaları aşkar etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq. Satış, marja, əməliyyat xərcləri, inventar, itkilər, məhsul kateqoriyaları və digər əsas maliyyə göstəriciləri üzrə analizlər hazırlayaraq rəhbərliyə təqdim etmək. Şirkətdə tətbiq olunan biznes prosesləri və prosedurlarının yazılması, təhlili, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək. Maliyyə, satınalma, anbar, satış, ödəniş, təsdiq, xərc idarəetməsi və digər bağlı proseslər üzrə mövcud iş axınlarını analiz etmək, riskləri və nəzarət boşluqlarını müəyyənləşdirmək. Balans hesablarının, gəlir və xərc maddələrinin, ehtiyatların, kreditor və debitor borclarının mütəmadi təhlilini və uzlaşdırılmasını təmin etmək. Audit proseslərində iştirak etmək, daxili və xarici auditorlara tələb olunan məlumat və izahların vaxtında təqdim olunmasını təmin etmək. Vergi, mühasibatlıq və digər aid funksiyalarla koordinasiyalı şəkildə işləyərək maliyyə məlumatlarının vahid və düzgün olmasına nəzarət etmək. Yeni nəzarət alətləri, hesabat formatları və analitik yanaşmalar tətbiq etməklə maliyyə idarəetməsinin səmərəliliyini artırmaq. Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və qərarverməyə dəstək materiallarını hazırlamaq. Xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək. Namizədə tələblər Ali təhsil: maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə. Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi. MS Excel proqramında yaxşı səviyyə. Maliyyə və mühasibatlıq sahəsi üzrə sertifikatların, o cümlədən ACCA-nın olması mütləqdir. Analitik düşüncə və komandada işləmək bacarığı. Digər məlumatlar Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi. Nahar ilə təminat. Korporativ mobil nömrə və aylıq danışıq limiti. Müraciət qaydası Vakansiyaya müraciət etmək istəyən namizədlər CV-lərini “Biznesə nəzarət bölmə müdiri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

SƏTƏM bölmə müdiri

Decoliv

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
İnzibati işlər
Vezife.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.