Vakansiya haqqında
Əsas vəzifələr
İdarənin fəaliyyət istiqamətləri və mövcud risklər nəzərə alınmaqladaxili audit strategiyasının, və illik audit planının hazırlanmasını və təsdiq olunmuş planın icrasını təşkil etmək;
İdarənin struktur bölmələrinin maliyyə-təsərrüfat, əməliyyat, hüquqi və inzibati fəaliyyətinin qanunvericiliyə, daxili sənədlərə və müəyyən edilmiş prosedurlara uyğunluğunu qiymətləndirmək;
Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlığını və səmərəliyinin qiymətləndirilmək, mövcud və potensial riskləri müəyyənləşdirərək onların azaldılması istiqamətində tövsiyələr hazırlamaq;
İdarənin sərəncamında olan vəsaitlərdən və balansında olan əmlaklardan istifadənin qanunauyğunluğunu, məqsədəuyğunluğunu və səmərəliliyini daxili audit çərçivəsində qiymətləndirmək;
Satınalmalar, müqavilə münasibətləri, əmlakın idarə edilməsi, gəlirlərin və xərclərin uçotu və digər fəaliyyət istiqamətləri üzrə audit yoxlamalarını təşkil etmək və həyata keçirmək;
Audit yoxlamalarının nəticələrini ümumiləşdirmək, aşkar edilmiş nöqsanlar, uyğunsuzluqlar və risklər barədə hesabatlar, analitik rəylər və tövsiyyələr hazırlamaq;
Audit nəticəsində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə məsul struktur bölmələr tərəfindən tədbirlər planının hazırlanmasına dair təkliflər vermək və həmintədbirlərin icrasına nəzarət etmək;
Daxili nəzarət mexanizmlərinin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə təkliflər prosedurlar hazırlamaq və tətbiq etmək;
Daxili audit fəaliyyətinin metodologiyasını və prosedurlarını müəyyən etmək, onların müvafiq peşə standartlarına uyğunluğunu təmin etmək;
Daxili audit və nəzarət şöbəsinin əməkdaşlarının fəaliyyətini təşkil etmək, iş bölgüsünü həyata keçirmək, onların fəaliyyətini qiymətləndirmək və onların peşəkar inkişafına dəstək olmaq;
Daxili auditin obyektivliyini və funksional müstəqilliyini təmin etmək, bu prinsiplərə mümkün müdaxilə halları barədə birbaşa məlumatlandırmaq;
Daxili audit fəaliyyətinin nəticələri barədə dövri və illik hesabatları hazırlamaq və İdarədə müəyyən edilmiş hesabatlılıq qaydasına uyğun olaraq aidiyyəti üzrə təqdim etmək.
Tələblər
Təhsil: Ali iqtisadiyyat və ya hüquq ixtisasları üzrə ali təhsil. Magistr dərəcəsinin olması üstünlükdür;
İş təcrübəsi: Daxili və ya xarici audit sahəsində minimum 5 il, idarəetmə/rəhbər vəzifələrdə minimum 2 il iş təcrübəsi;
Peşəkar sertifikatlar: CIA (Certified Internal Auditor), ACCA (xüsusilə F8/AA modulu) və ya müvafiq peşəkar sertifikatların olması üstünlükdür;
Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının əmək, mülki, vergi, mühasibat uçotu, dövlət satınalmaları və daxili audit sahəsində qanunvericiliyini bilmək;
Peşəkar biliklər: Daxili auditin beynəlxalq standartları, risklərin idarə edilməsi, daxili nəzarət sistemləri, audit metodologiyası və hesabatlılıq üzrə biliklərə malik olmaq;
Dil bilikləri: Azərbaycan dili – mükəmməl (sərbəst yazı və şifahi nitq), Rus və İngilis dilləri – yaxşı səviyyədə;
Kompyuter bilikləri: MS Office (xüsusilə MS Excel), ERP və ya audit idarəetmə proqramlarında işləmək bacarığı.
Şəxsi və peşəkar keyfiyyətlər: Analitik düşünmə, obyektiv qərarvermə, yüksək təşkilatçılıq, komanda idarəetməsi, dürüstlük, məxfilik və peşəkar etik prinsiplərə riayət etmək bacarığı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
