Vakansiya haqqında
Vəzifə öhdəlikləriŞirkətin maliyyə nəzarəti və kommersiya analitikası funksiyalarını təşkil etmək, rəhbərliyə dövri idarəetmə hesabatları təqdim etmək.Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək, kənarlaşmaları müəyyənləşdirmək və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.Məhsullar üzrə satış qiymətlərinin və marjaların hesablanmasına nəzarət etmək, məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik təhlillərini aparmaq.Təchizatçılarla bağlanmış müqavilələrin kommersiya şərtlərini təhlil etmək, müqavilə reyestrini, bonusların (rebate), marketinq dəstəklərinin və digər kommersiya gəlirlərinin hesablanması və uçotunu nəzarətdə saxlamaq.Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini qiymətləndirmək, xərclərin optimallaşdırılması və gəlirliliyin artırılması üzrə təkliflər vermək.Büdcə, maliyyə proqnozları və maliyyə modellərinin hazırlanmasında iştirak etmək, əsas maliyyə və kommersiya göstəricilərini mütəmadi izləmək.Şirkətin biznes proseslərini və prosedurlarını təhlil etmək, onların hazırlanması, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək, daxili qaydalara və nəzarət mexanizmlərinə əməl olunmasını təmin etmək.Maliyyə əməliyyatlarının, sənədləşmənin və kommersiya məlumatlarının düzgünlüyünə, daxili prosedurlara və qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək.ERP sistemi üzərindən maliyyə dövrünün bağlanmasını, hesabların uzlaşdırılmasını və maliyyə məlumatlarının vaxtında və düzgün yekunlaşdırılmasını koordinasiya etmək.Balans hesablarını, gəlir və xərc maddələrini, ehtiyatları, debitor və kreditor borclarını təhlil etmək, maliyyə və əməliyyat risklərini müəyyənləşdirmək.Daxili və xarici audit proseslərində iştirak etmək, tələb olunan məlumatların və izahların hazırlanmasını təmin etmək.Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi, Anbar və digər aidiyyəti şöbələrlə əməkdaşlıq edərək maliyyə və kommersiya məlumatlarının düzgünlüyünü və proseslərin səmərəliliyini artırmaq.Şöbənin fəaliyyətini planlaşdırmaq, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasına nəzarət etmək və komandanın peşəkar inkişafını dəstəkləmək.Rəhbərlik tərəfindən verilən maliyyə təhlili, biznes əsaslandırmaları və digər aidiyyəti tapşırıqları yerinə yetirmək.Rəhbərlik tərəfindən tələb olunan xüsusi maliyyə təhlillərini, biznes əsaslandırmalarını və qərarverməyə dəstək materiallarını hazırlamaq.Xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək.Şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə nəzarəti və biznes proseslərin davamlı təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək.Namizədə tələblərAli təhsil (Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə)Müvafiq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsiKomandaları idarə etmə və maliyyə proseslərini effektiv şəkildə idarə etmək üçün maliyyə menecmentində ixtisaslaşma.Qərarvermə və problemləri həll etmə bacarığıVaxtın və resursların effektiv idarə etmə bacarığıStrateji düşünmə və planlaşdırma bacarığıGüclü analitik düşüncə, detallara diqqət, vaxtın idarə edilməsi, nəticə yönümlülükMS Excel üzrə yaxşı səviyyəNəticəyə yönümlülük və güclü təşkilatçılıq bacarığıKomanda idarəçiliyi, ünsiyyət və liderlik bacarıqları Digər məlumatlar:Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemiYanacaq kartıNahar ilə təminatKönüllü tibbi sığorta paketiKorporativ mobil nömrə və aylıq danışıq limitiVakansiya ilə bağlı müraciət etmək istəyənlər “Biznesə nəzarət şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
