Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Məhsullar
üzrə satış qiymətlərinin və marja hesablamalarının hazırlanmasını və
düzgünlüyünə nəzarəti təmin etmək;
Təchizatçılarla
bağlanmış müqavilələr üzrə kommersiya şərtlərini maliyyə baxımından təhlil
etmək və müqavilə reyestrini idarə etmək;
Təchizatçı
bonusları (rebate), marketinq dəstəkləri və digər kommersiya gəlirlərinin
hesablanmasını, izlənilməsini və uçotunun düzgün aparılmasını təmin etmək;
Aylıq,
rüblük və illik maliyyə nəticələrinin təhlilini aparmaq, kənarlaşmaları müəyyən
etmək, səbəblərini araşdırmaq və düzəldici tədbirlər üzrə təkliflər
hazırlamaq
Xərclərin
optimallaşdırılması, gəlirliliyin artırılması və əməliyyat effektivliyinin
yüksəldilməsi istiqamətində təşəbbüslər irəli sürmək və icrasını izləmək.
Trade
spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini
təhlil edərək rəhbərliyə analitik hesabatlar təqdim etmək;
Məhsul,
kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik (profitability) analizlərini
hazırlamaq və nəticələr əsasında təkliflər vermək;
Satış,
marja, bonus və digər kommersiya göstəriciləri üzrə dövri maliyyə və idarəetmə
hesabatlarını hazırlamaq;
Büdcə,
proqnoz (forecast) və maliyyə modellərinin hazırlanmasında iştirak etmək;
Qiymət
dəyişiklikləri, bonus razılaşmaları və kommersiya məlumatları üzrə daxili
nəzarət mexanizmlərinin tətbiqini və icrasını təmin etmək;
Kommersiya
göstəricilərini mütəmadi izləyərək riskləri müəyyən etmək və onların
aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq;
Satınalma,
Maliyyə, Kateqoriya İdarəetməsi və digər aidiyyəti şöbələrlə
koordinasiyalı şəkildə çalışaraq analitik dəstək göstərmək;
Rəhbərlik
tərəfindən verilən digər analitik və maliyyə nəzarəti ilə bağlı
tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
Ali təhsil
– İqtisadi, Maliyyə və ya biznes istiqamətli;
Müvafiq
sahə üzrə minimum 2-3 il iş təcrübəsi (Business Controlling, Commercial
Finance, Maliyyə Analitikası və ya Kommersiya Analitikası sahəsində təcrübəyə
üstünlük verilir);
Yaxşı
səviyyədə MS Excel biliyi olmalı
Analitik
düşüncə, Komandada işləmək bacarığı.
Maliyyə
və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.
Digər məlumatlar:
Nahar
və servis ilə təmin edilmə
Əmək
bazarına uyğun rəqabətli əmək haqqı
5
günlük tam iş qrafiki
Korporativ
mobil nömrə
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
