Vakansiya haqqında
Təsvir
Satış
dəstəyi komandasının fəaliyyətinə nəzarət etmək və müştəri xidmətinin yüksək
standartlarını təmin etmək;
Müştəri
sifarişlərinin vaxtında və effektiv icrası üçün İnventar və Logistika
strukturları ilə koordinasiyanı təmin etmək;
Mürəkkəb
müştəri müraciətlərinin həllini təşkil etmək və komanda üzvlərinə
metodoloji dəstək göstərmək;
Satış
dəstəyi proseslərinin səmərəliliyini və müştəri məmnuniyyətini artırmaq
üçün təkmilləşdirmə tədbirləri həyata keçirmək;
Komandanın
fəaliyyətini qiymətləndirmək, əməkdaşların peşəkar inkişafını və təlimini
təşkil etmək;
Müştəri
məlumat bazasının CRM və digər müvafiq sistemlərdə düzgün aparılmasını və
yenilənməsini təmin etmək;
Satış
göstəriciləri üzrə hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim
etmək;
Satış
strukturu ilə digər struktur bölmələri arasında effektiv kommunikasiya və
koordinasiyanı təmin etmək;
Satış
strukturunda tətbiq olunan proseslərin fasiləsiz və effektiv fəaliyyətinə
nəzarət etmək;
Mağazaların
maddi vəsait ehtiyaclarını müəyyənləşdirmək, təminat prosesini əlaqələndirmək
və nəzarətdə saxlamaq;
Marketinq
kampaniyalarının effektivliyini artırmaq məqsədilə müştəri məlumatları və
rəyləri ilə dəstək göstərmək;
Satış
dəstəyi fəaliyyətlərinin daxili prosedurlara və şirkət siyasətlərinə
uyğunluğunu təmin etmək.
İş qrafiki: 5 günlük. saat 09:00-18:00
Tələblər
Təhsil:
Biznes,
marketinq və ya əlaqəli sahə üzrə ali təhsil.
Təcrübə:
Pərakəndə
satış, müştəri xidməti və ya satış dəstəyi sahəsində minimum 4 il iş təcrübəsi;
İdarəetmə
sahəsində təcrübə.
Peşəkar bilik və bacarıqlar:
CRM alətləri
və POS sistemləri üzrə qabaqcıl biliklər;
Satış
göstəricilərinin təhlili və analitik nəticələrin formalaşdırılması
bacarığı;
Pərakəndə
satış bazarının tendensiyaları və istehlakçı davranışları üzrə biliklər;
Əməkdaşların
təlimi, inkişafı və mentorluğu üzrə təcrübə.
Şəxsi keyfiyyətlər:
Güclü
təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
Dəyişən
prioritetlərə uyğunlaşma və dinamik iş mühitində effektiv fəaliyyət göstərmək
bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar
təminatı
Karyera
yüksəlişi
Servis
ximdəti
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
