Vakansiya haqqında
Şirkətin fəaliyyət istiqamətlərinə uyğun video və foto materialların hazırlanması
Forum, konfrans, seminar, təlim, müsahibə və digər tədbirlərdə peşəkar videoçəkilişlərin həyata keçirilməsi
Çəkilmiş videomaterialların montaj edilməsi, rəng korreksiyası və səs tənzimləmələrinin aparılması
Instagram, Facebook, TikTok, LinkedIn və YouTube platformaları üçün müxtəlif formatlarda videokontentin hazırlanması
Videoçarxların hazırlanmasında yaradıcı ideyaların və fərqli vizual yanaşmaların tətbiq edilməsi
Hazırlanan videomaterialların şirkətin korporativ üslubuna və keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi
Hazırlanan materialların müəyyən edilmiş müddətlərdə təhvil verilməsi
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: 800–900 AZN
Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Biznes Mərkəzi
Şəkilli "CV"-nizi mövzu yerinə “Videoqraf" yazaraq elektron poçt ünvanına göndərməyiniz xahiş olunur (hr@moongroup.az).
Yaş həddi: 23-35
Ali təhsil tələb olunmur.
Videoqrafiya və videomontaj sahəsində minimum 1 il iş təcrübəsi
Peşəkar kamera, obyektiv, stabilizator, mikrofon və işıqlandırma avadanlıqları ilə işləmək bacarığı
Videomontaj proqramlarında sərbəst işləmək bacarığı
Kadr kompozisiyası, işıqlandırma, rəng korreksiyası və səs keyfiyyəti üzrə praktiki biliklər
Sosial media platformalarının videoformatları və aktual kontent tendensiyaları barədə məlumatlı olmaq
Dinamik, yaradıcı və izləyici diqqətini cəlb edən videolar hazırlamaq bacarığı
Müsahibə, tədbir və reportaj çəkilişlərində təcrübənin olması üstünlükdür
Çəkiliş prosesini müstəqil planlaşdırmaq və idarə etmək bacarığı
Yaradıcı düşüncə, vizual zövq və detallara diqqət
Operativlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı
Müraciət zamanı əvvəlki işlərdən ibarət portfolionun təqdim edilməsi mütləqdir
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
