Vakansiya haqqında
Videoqraf vakansiyası üzrə yaradıcı düşüncəli, çəkiliş və montaj bacarıqları olan mütəxəssis axtarılır.
Əsas vəzifə öhdəlikləri
Tədbirlər, müsahibələr, reklam layihələri və sosial media üçün video və foto çəkilişlərinin aparılması;
Çəkilən materialların montaj edilməsi və keyfiyyətli video kontentin hazırlanması;
Sosial media platformalarına uyğun kreativ video materialların işlənməsi;
Çəkiliş prosesinin planlaşdırılması, işıqlandırmanın və kadr kompozisiyasının düzgün qurulması;
Hazırlanmış materialların müəyyən edilmiş müddət daxilində təhvil verilməsi.
Namizədə tələblər
Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
Adobe Premiere Pro, Adobe After Effects və digər montaj proqramları ilə işləmək bacarığı;
Peşəkar kamera, işıq sistemi və çəkiliş avadanlıqlarından istifadə bacarığı;
Foto və video çəkiliş texnikaları üzrə biliklər;
Kreativ yanaşma, vizual zövq və detallara diqqət;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
Rus və ingilis dili bilikləri arzuolunandır;
Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
İş şəraiti
İş yeri: Babək filialı;
İş qrafiki: Həftə içi 09:00–18:00, şənbə 09:00–14:00;
Əməkhaqqı: 1700 AZN.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini və hazırladıqları işlərdən ibarət portfoliolarını mövzu hissəsində “Videoqraf” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Peşəkar komandanın bir hissəsi olmaq üçün müraciət edin!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
