Vakansiya haqqında
Şirkətimizə kreativ video məzmun hazırlaya bilən, peşəkar çəkiliş və montaj bacarıqlarına sahib dinamik Videoqraf axtarırıq.
İş şəraiti
İş rejimi: Sərbəst / Məsafədən. Ofisdə daimi oturmaq tələb olunmur, yalnız çəkiliş günlərində müəyyən edilən məkanda iştirak etmək kifayətdir.
Əməkhaqqı: 1000 – 2000 AZN. Məbləğ təcrübə, bacarıq və çəkiliş həcminə əsasən müəyyən edilir.
Tələblər
Peşəkar video çəkiliş və montaj sahəsində minimum 1-3 il iş təcrübəsi;
Kamera, işıq, səs və stabilizator kimi çəkiliş avadanlıqları ilə sərbəst işləmək bacarığı;
Adobe Premiere Pro, After Effects və ya DaVinci Resolve proqramlarını yüksək səviyyədə bilmək;
Sosial media trendlərini, o cümlədən Reels, TikTok və Shorts formatlarını izləmək və diqqətçəkən, dinamik məzmun hazırlamaq bacarığı;
Portfolionun təqdim edilməsi mütləqdir.
Vəzifə öhdəlikləri
Müəyyən edilmiş çəkiliş planına uyğun olaraq çəkilişlərin təşkili və icrası;
Çəkilmiş materialların montajı, rəng korreksiyası və səs işlənməsi;
Şirkətin sosial media hesabları üçün kreativ video ideyalarının təklif olunması və həyata keçirilməsi.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Mövzu hissəsində "Videoqraf" yazmağınız xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
