Vakansiya haqqında
Əsas vəzifələr
Bankın filiallarında, tədbirlərində və digər lokasiyalarda foto və video çəkilişlər həyata keçirmək;
Daxili tədbirlərin, görüşlərin, təlimlərin, korporativ layihələrin və digər fəaliyyətlərin çəkilişini təşkil etmək;
Çəkilmiş materialların montajını və post-produksiya işlərini həyata keçirmək, Reels, qısa video və digər rəqəmsal kontent formatları hazırlamaq;
AFB Life və Bankın digər kommunikasiya kanalları üçün foto və video materiallar hazırlamaq;
İnsan Resursları və Marketinq departamentləri ilə əməkdaşlıq edərək employer branding, korporativ mədəniyyət və daxili kommunikasiya layihələrinə dəstək vermək;
Sosial media və daxili kommunikasiya üçün yeni yaradıcı ideya və formatlar təklif etmək;
Foto və video materiallardan ibarət korporativ media arxivinin formalaşdırılması və idarə olunmasını təmin etmək;
Çəkiliş avadanlıqlarının istifadəsi və saxlanılmasına nəzarət etmək.
Tələblər
Ali təhsil;
Videoqrafiya, media və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
Foto və video çəkiliş, montaj və post-produksiya üzrə praktiki bacarıqlar;
Adobe Premiere Pro, CapCut, Photoshop, Lightroom, Canva və ya analoji proqramlarla işləmək bacarığı;
Sosial media platformaları, video formatları və kontent trendləri barədə məlumatlılıq;
Ezamiyyət və filial səfərlərində iştirak etməyə hazır olmaq;
Portfolionun təqdim edilməsi üstünlük hesab olunur;
Kreativ və vizual düşüncə;
Güclü kommunikasiya və təqdimat bacarığı;
Təşəbbüskarlıq və proaktiv yanaşma;
Operativlik və nəticəyönümlülük;
Detallara diqqət və məsuliyyətlilik;
Komanda ilə effektiv əməkdaşlıq bacarığı;
Vaxtın idarə olunması və paralel tapşırıqları prioritetləşdirmək bacarığı;
Korporativ məlumatlarla işləyərkən etik davranış və məxfiliyin qorunması.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
