Vakansiya haqqında
Videoqraf
Vəzifə öhdəlikləri
Klinikanın sosial media hesabları (Instagram, TikTok, Facebook və s.) üçün video və foto çəkilişlərinin həyata keçirilməsi;
Həkimlərin, tibbi personalın, klinikanın xidmətlərinin və prosedurlarının peşəkar çəkilişinin təşkili;
Reklam çarxlarının, tanıtım videolarının və korporativ video materialların çəkilməsi;
Çəkiliş prosesinin əvvəlcədən planlaşdırılması, kadr və kompozisiyaların düzgün seçilməsi;
Video montajı, rəng korreksiyası, səs tənzimlənməsi və post-production işlərinin həyata keçirilməsi;
Videolara uyğun musiqi, keçidlər, vizual effektlər, subtitrlər və animasiyaların əlavə edilməsi;
Marketinq və SMM komandası ilə koordinasiyalı işləmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
Namizədə tələblər
Yaş: 21–35;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Kamera ilə peşəkar çəkiliş bacarığı;
Adobe Premiere Pro, After Effects, DaVinci Resolve və ya digər montaj proqramlarında sərbəst işləmək bacarığı;
Kamera, obyektiv, işıqlandırma və səs avadanlıqları haqqında praktiki biliklər;
Rəng korreksiyası və video post-production sahəsində biliklər;
Instagram Reels və TikTok formatlarının xüsusiyyətlərini bilmək;
İş üçün təqdim olunan texniki avadanlıqlar
Klinika tərəfindən çəkiliş və montaj işləri üçün zəruri texniki təchizat təmin edilir:
Sony A7 kamera;
Sony FE 16–35 mm obyektiv;
DJI Ronin RS3 Pro stabilizator;
Godox IC 500R işıq avadanlığı;
Əlavə işıqlandırma və çəkiliş aksesuarları.
İş şərtləri
İş qrafiki: 1-5 ci günlər 10:00–19:00; 6-cl gün 10:00-16:00
Əmək haqqı: 1000–1300 AZN (namizədin bilik və təcrübəsinə əsasən);
İş yeri: Bakı şəhəri, Xətai metrosu yaxınlığı, Rövşən Əliyev küçəsi 19;
Şirkət: Empire clinic
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini və çəkdikləri video işlərdən ibarət portfolio nümunələrini aşağıdakı əlaqə vasitələrinə göndərə bilərlər.
E-mail: hr@empiremed.az
Telefon: +994 55 900 91 11
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
