Vakansiya haqqında
AREA Daşınmaz Əmlak Agentliyi komandamıza kreativ və təcrübəli videoqraf axtarır.
Əsas vəzifələr
Daşınmaz əmlak obyektlərinin peşəkar video çəkilişlərini həyata keçirmək;
Sosial media platformaları üçün dinamik və yaradıcı videolar hazırlamaq;
Video montajı aparmaq, rəng korreksiyası etmək və altyazı əlavə etmək;
Çəkilmiş videoları 1 gün ərzində montaj edib təhvil vermək.
Namizədə tələblər
Bəy namizəd olması;
Şəxsi çəkiliş avadanlıqlarının (kamera, stabilizator və s.) olması mütləqdir;
CapCut və ya Adobe Premiere Pro proqramlarında işləmək bacarığı;
AI video alətləri ilə, o cümlədən Higgsfield və ya alternativlərlə işləmə bacarığı;
Altyazılar üzərində işləyə bilmək;
Kreativ yanaşma və yüksək vizual zövq;
Video çəkilişi və montaj sahəsində təcrübə;
Çəkilişlərə uyğunlaşan çevik iş qrafiki;
Portfolio təqdim edilməsi mütləqdir.
Əməkhaqqı
1000–1500 AZN, müsahibə əsasında müəyyən ediləcək.
Müraciət qaydası
Müraciət etmək istəyən namizədlər CV və portfoliolarını Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
