Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Tender tələblərinin araşdırılması, tələb olunan sənədlərin toplanması və təklif
paketlərinin hazırlanması;
Texniki və kommersiya məlumatları əsasında
təkliflərin və qiymət cədvəllərinin tərtib edilməsi;
Müqavilə, əlavə,
spesifikasiya, görülmüş işlər və təhvil-təslim aktlarının hazırlanması;
Sifariş və müqavilələrin qeydiyyata alınması, icra vəziyyətinin və müddətlərinin
izlənilməsi;
Elektron tender platformalarında sənədlərin yerləşdirilməsi
və təqdimetmə müddətlərinə riayət olunması;
Rəsmi yazışmaların
aparılması, sənədlərin imzalanmasının izlənilməsi və arxivləşdirilməsi.
Namizədə olan tələblər:
Ali təhsil;
Tender və sənədləşmə
sahəsində minimum 3 il iş təcrübəsi;
MS Word və Excel proqramlarında
sərbəst işləmək bacarığı;
Azərbaycan və ingilis dillərində işgüzar
yazışma bacarığı; rus dili biliyi üstünlükdür;
Detallara diqqət,
məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "Tender sənədləri üzrə
mütəxəssis" qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
