Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Avensol MMC

Tender & Cost Control üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Avensol MMC - tender proseslərini idarə edə bilən, layihə xərclərinə nəzarət və kommersiya təkliflərinin hazırlanması sahəsində təcrübəli peşəkar namizəd axtarır. Əsas vəzifə öhdəlikləri: Tender sənədlərinin təhlili və tender təkliflərinin (Tender Proposals) hazırlanması; Layihələr üzrə xərc hesablamalarının, büdcələrin və kommersiya təkliflərinin hazırlanmasında iştirak; Layihə xərclərinin monitorinqi, büdcə ilə faktiki xərclərin müqayisəsi və kənarlaşmaların təhlili; BOQ, qiymət cədvəlləri və digər kommersiya sənədlərinin hazırlanması və yoxlanılması; Tender tələblərinin, texniki sənədlərin və qiymət təkliflərinin əlaqələndirilməsi; Tender və layihə xərcləri üzrə hesabatların hazırlanması. Namizədə dair tələblər: Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; Tenderlərin hazırlanması, layihə xərclərinə nəzarət və kommersiya hesablamaları üzrə praktiki biliklər; Analitik düşünmə, detallara diqqət və güclü hesablama bacarığı; MS Excel və hesabatlarla işləmək bacarığı; İngilis dili biliyi üstünlükdür. İş şəraiti: İş yeri: Bayıl Plaza, Bakı İş qrafiki: Həftə içi 5 gün Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək. Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu (Subject) hissəsində “Tender & Cost Control üzrə mütəxəssis” qeyd etmələri və e-poçtun mətnində əmək haqqı gözləntilərini bildirmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.