Vakansiya haqqında
Hazırda şirkətimizdə Ofis işləri və hesabatlar üzrə köməkçi vəzifəsi üzrə namizəd axtarılır.
İş yeri: Balaxanıda yerləşən beton zavodu
Tələblər
Tam ali təhsil;
Əlaqəli sahədə minimum 0-1 il iş təcrübəsi;
Müştəri yönümlü yanaşma;
Davamlı inkişaf prinsiplərinə sadiqlik;
Keyfiyyətə diqqət;
Bütövlük və məsuliyyətlilik;
İngilis dili bilikləri;
MS Office proqramlarında işləmək bacarığı.
Vəzifə və öhdəliklər
Şirkətə gələn ziyarətçi və qonaqları qarşılayır, onlara lazım olan istiqaməti göstərir və köməklik edir;
Daxil olan telefon zənglərini qaydaya uyğun şəkildə cavablandırır, yönləndirir, zərurət olduqda qeydlər apararaq aidiyyəti şəxslərə ötürür;
Kargüzarlıq işlərini, sənədləri və kompüter vasitəsilə daxil olan məlumatları sistemli şəkildə təşkil edir, saxlayır və müvafiq şöbələrə yönləndirir;
Şirkət tərəfindən bağlanan müqavilələri, razılaşmaları, digər əqdləri və hüquqi sənədləri kargüzarlığın ümumi elektron bazasına daxil edir, onların saxlanması üçün lazımi tədbirləri görür;
Şirkətə daxil olan məktubları qeydiyyata alır və həmin məktubların surətlərini aidiyyəti işçiyə təqdim edir;
Şirkətdən göndərilən bütün rəsmi məktubların uçotunu aparır və müvafiq ünvanlara yola salır;
Qüvvədə olan hesab-fakturaları qeydiyyata alır;
Jurnalda müvafiq qeydlər aparır;
Sənədlərin, daxili və xarici qurumlar, şöbələr və şəxslərlə yazışmaların, eləcə də məlumat mübadiləsinin nəzərdən keçirilməsini və qeydiyyatını həyata keçirir;
Şirkət rəhbərliyi, qonaqlar və digər rəsmi şəxslərlə görüşlər zamanı iclasların təşkili və su, çay, yemək və s. kimi zəruri qida təminatının hazırlanmasını təşkil edir;
APİ SPEC Q1, ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərlə işləyir;
Fövqəladə hallar zamanı, o cümlədən yanğın, zəlzələ, sel, güclü külək və digər vəziyyətlərdə təxliyyə planına uyğun hərəkət edir.
CV-lərinizi müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
