Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Təmizliyin təmin edilməsinə məsuliyyət daşımaq;
İşçilərə təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə qaydaları üzrə təlimat keçmək;
Ən yüksək təmizlik standartlarının qorunmasına nəzarət etmək;
Tabeçiliyində olan işçi heyətini idarə etmək, onların xarici görünüşünə nəzarət etmək və iş bölgüsünü düzgün şəkildə aparmaq;
Əmlakın təhlükəsizliyinə nəzarət etmək: daxili əşyalar, qablar, inventar, təmizləyici mexanizmlər və digər avadanlıqlar;
Təmizlik avadanlıqlarının, o cümlədən yuyucu maşınların texniki vəziyyətinə nəzarət etmək və nasazlıqların aradan qaldırılması üçün müraciətləri vaxtında təqdim etmək;
Tələblər
Nəzarətçi vəzifəsində iş təcrübəsi arzuolunandır;
Təmizlik sahəsində minimum 2 il təcrübə;
Təmizlik avadanlıqlarından istifadə qaydalarını bilməlidir;
Operativlik, çevik qərarvermə və vaxtdan səmərəli istifadə bacarığı;
Komandada işləmək bacarığı və dəqiqlik;
Stressə davamlılıq;
Məsuliyyətli və tələbkar olmaq;
İş şəraiti
Əmək haqqı: 800 AZN;
Gecə növbəsi;
Servis xidmətimiz aktivdir;
Müraciət qaydası
Seçim müsabiqə əsasında aparılacaq. Namizədlər CV-lərini “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə nömrəsi: 0552138348
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
