Vakansiya haqqında
“RAFFLE GROUP” MTK üçün ofis meneceri-resepşn axtarılır.
Tələblər
Gülərüz, məsuliyyətli və səliqəli olmaq
Azərbaycan və rus dillərində sərbəst danışmaq
MS Office proqramlarında işləmə bacarığı
Xanım namizədlərə üstünlük verilir
Vəzifə öhdəlikləri
Şirkətə gələn qonaqları mehriban və peşəkar formada qarşılamaq
Ofisə daxil olan qonaqların qeydiyyatını aparmaq və onları yönləndirmək
Ofis daxilində məlumat mübadiləsinin düzgün təşkilinə dəstək göstərmək
Gündəlik inzibati işlərin təşkili və icrasına nəzarət etmək
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək və yaranan əlavə işləri qeydiyyata almaq
Ofisə gələn qonaqlara çay və ya kofe təqdim etmək
Ofis ləvazimatları və mətbəx üçün zəruri məhsulların sifarişi və istifadəsinə nəzarət etmək
Qonaqlara və əməkdaşlara ehtiyac duyulan inzibati dəstəyi göstərmək
Telefon zənglərinə cavab vermək və müvafiq şəxslərə yönləndirmək
İş zamanı səliqəli və işgüzar geyim tərzinə riayət etmək
İş şəraiti
Əmək haqqı: 500-600 AZN
İş yeri: Ağ şəhər, Mərkəzi Bulvar küçəsi 6
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Mətn daxilində “Resepşn” qeyd olunması mütləqdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
