Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

THEFERR Trade MMC

Ofis meneceri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Şirkətə gələn qonaq və müştərilərin qarşılanması, uyğun şəxslərə yönləndirilməsi, rəhbərlik və qonaqlar üçün çay və kofe servisinin təmin olunması. Daxil olan telefon zənglərinin qəbul edilməsi və aidiyyəti əməkdaşlara yönləndirilməsi. Şirkətə daxil olan və göndərilən məktubların, sənədlərin və bağlamaların qəbulu, qeydiyyatı və müvafiq şəxslərə çatdırılması. Görüşlərin və qonaq qəbulunun təşkil edilməsi. Ofis sənədlərinin hazırlanması, çapı, skan olunması və surətlərinin çıxarılması. Müqavilələrin, məktubların, ərizələrin, əmrlərin və digər rəsmi sənədlərin çapı, skan edilməsi və sistemləşdirilməsi. Sənədlərin aidiyyəti struktur bölmələrə və əməkdaşlara vaxtında çatdırılmasının təmin edilməsi. Sənədlərin elektron və fiziki arxivinin yaradılması, sistemləşdirilməsi və qorunmasının təmin edilməsi. Daxil olan elektron poçtların izlənməsi və aidiyyəti şəxslərə yönləndirilməsi. Ofis ləvazimatlarına nəzarət edilməsi və ehtiyac yarandıqda sifarişlərin verilməsi. Ofisin ümumi səliqəsinin və işgüzar mühitin qorunmasına nəzarət edilməsi. Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. Tələblər Ali təhsil. Müvafiq sahədə 1-2 il iş təcrübəsi arzuolunandır. Azərbaycan dili sərbəst, rus dili sərbəst səviyyədə bilməlidir. MS Office proqramlarında işləmək bacarığı: Word, Excel, Outlook, PowerPoint. Şəxsi keyfiyyətlər Güclü ünsiyyət və kommunikasiya bacarığı. Səliqəli, məsuliyyətli və dəqiq yanaşma. Nəzakətli davranış və xoş ünsiyyət qurmaq bacarığı. Təşkilatçılıq və operativlik. Komandada işləmək bacarığı. Diqqətlilik və detallara önəm vermək. İşgüzar etika və məxfilik qaydalarına riayət etmək. İş şəraiti İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-18:00. Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur. Ünvan: Çinar Plaza, Heydər Əliyev prospekti 152, Bakı. Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.