Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Zarat Import Export

Ofis meneceri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Zarat Şirkətlər Qrupu peşəkar komandasında çalışacaq, inkişaf etməyə açıq, məsuliyyətli, ünsiyyət qabiliyyəti yüksək və təcrübəli Ofis Meneceri axtarır. Əsas vəzifə və məsuliyyətlər Daxil olan zəngləri, elektron məktubları və müraciətləri operativ şəkildə yönləndirmək, cavablandırılmasını izləmək; Rəsmi məktubları, arayışları və digər inzibati sənədləri peşəkar üslubda hazırlamaq; Ofis ləvazimatları və inzibati xidmətlər üzrə ehtiyacları, sifarişləri və xərclərin uçotunu nəzarətdə saxlamaq; Rəhbərliyə görülən işlər və açıq məsələlər barədə qısa və strukturlaşdırılmış hesabat təqdim etmək; Məxfi məlumatlarla işləyərkən dəqiqliyi və konfidensiallığı qorumaq. Namizədə tələblər Ali təhsil; Ofis idarəçiliyi, inzibati koordinasiya və ya rəhbər köməkçisi vəzifəsində minimum 1 il iş təcrübəsi; Azərbaycan və rus dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, rəsmi yazışma bacarığı; MS Excel, Word və Outlook proqramlarından istifadə bacarığı; Problemləri vaxtında müəyyən etmək, həll variantları təklif etmək və verilmiş səlahiyyət daxilində müstəqil işləmək; İşgüzar etika, detallara diqqət və nəticəyə görə məsuliyyət; Yaş həddi 30+ olan namizədlərə üstünlük veriləcəkdir. İş şəraiti İş qrafiki: 6 günlük, şənbə günü qısa iş günü; Əmək haqqı: bilik və bacarıqlara əsasən ilkin 500-600 AZN. CV-lərinizi mövzu hissəsində “Ofis Meneceri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.