Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Norm →

Ofis işləri və Hesabatlar üzrə Köməkçi

Maaş göstərilməyib

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Vakansiya: Ofis işləri və hesabatlar üzrə köməkçiHazırda şirkətimiz Balaxanı ərazisində yerləşən beton zavodunda çalışmaq üçün Ofis işləri və hesabatlar üzrə köməkçi axtarır. İş yeri: Balaxanı ərazisində yerləşən beton zavodu. Namizədə tələblər: Tam ali təhsil; Müvafiq sahə üzrə 0–1 il iş təcrübəsi; İngilis dili biliyi; MS Office proqramları ilə işləmək bacarığı; Yüksək müştəriyönümlülük; Davamlı inkişafa və öyrənməyə açıq olmaq; Keyfiyyətə və nəticəyə fokuslanmaq; Dürüstlük, məsuliyyət və peşəkar davranış prinsiplərinə riayət etmək; Sənədlərlə işləmək və işgüzar yazışmalar aparmaq bacarığı; Diqqətlilik və təşkilatçılıq qabiliyyəti. Vəzifə öhdəlikləri: Şirkətə gələn ziyarətçi və qonaqların qarşılanması, məlumatlandırılması və müvafiq şəxslərə yönləndirilməsi; Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyəti şəxslərə yönləndirilməsi və zəruri qeydlərin aparılması; Kargüzarlıq işlərinin təşkili, sənədlərin hazırlanması, sistemləşdirilməsi, saxlanılması və aidiyyəti şöbələrə yönləndirilməsi; Şirkət tərəfindən bağlanmış müqavilələrin, razılaşmaların və digər hüquqi sənədlərin elektron məlumat bazasına daxil edilməsi və arxivləşdirilməsi; Daxil olan rəsmi məktubların qeydiyyata alınması və surətlərinin aidiyyəti əməkdaşlara təqdim edilməsi; Şirkətdən göndərilən rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi; Qüvvədə olan hesab-fakturaların qeydiyyatının aparılması; Müvafiq jurnallarda qeydlərin aparılması və məlumatların yenilənməsi; Daxili və xarici yazışmaların, sənəd və məlumat mübadiləsinin izlənilməsi və qeydiyyatının aparılması; Şirkət rəhbərliyi, qonaqlar və rəsmi şəxslərlə keçirilən görüş və iclasların təşkil edilməsi; Görüşlər zamanı su, çay, yemək və digər zəruri təminatın təşkili; API SPEC Q1, ISO 9001, ISO 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin istifadəsi və müvafiq sənədləşmə proseslərinə riayət edilməsi; Yanğın, zəlzələ, sel, güclü külək və digər fövqəladə hallar zamanı təxliyə planına uyğun hərəkət edilməsi. İş şəraiti: İş yeri: Balaxanı, Bakı; İş rejimi və əmək haqqı: Müsahibə zamanı müzakirə olunacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.