Vakansiya haqqında
Vakansiya: Maliyyə üzrə AnalitikVəzifə öhdəlikləri:
Şirkətin maliyyə və kredit portfeli üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və təhlil edilməsi;
Maliyyə göstəricilərinin təhlili, kənarlaşmaların, uyğunsuzluqların və potensial risklərin müəyyən edilməsi;
Kredit portfelinin keyfiyyətinin, gecikmiş kreditlərin (PAR), problemli kreditlərin (NPL) və digər əsas risk göstəricilərinin izlənilməsi və qiymətləndirilməsi;
Maliyyə və əməliyyat məlumatlarının düzgünlüyünün yoxlanılması, hesabatlarda aşkar edilən səhvlərin səbəblərinin araşdırılması;
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və təkrarlanmaması üçün düzəliş və təkmilləşdirmə təkliflərinin hazırlanması;
Faktiki göstəricilərin əvvəlki dövrlər və plan göstəriciləri ilə müqayisə edilməsi, dəyişikliklərin səbəblərinin təhlili;
Rəhbərlik üçün analitik hesabatların hazırlanması, əsas risklərin və zəruri tədbirlərin təqdim edilməsi;
Müvafiq struktur bölmələri ilə əməkdaşlıq edərək aşkar edilmiş problemlərin həlli prosesinin izlənilməsi.
Namizədə tələblər:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində minimum 2 il iş təcrübəsi;
Maliyyə göstəricilərini təhlil etmək, uyğunsuzluqları və riskləri müəyyənləşdirmək bacarığı;
Kredit portfelinin əsas göstəriciləri, o cümlədən PAR və NPL üzrə biliklər;
MS Excel proqramında sərbəst işləmək, mürəkkəb formullar, Pivot Table və məlumatların təhlili alətlərindən istifadə bacarığı;
Problemlərin səbəblərini müəyyənləşdirmək və əsaslandırılmış həll yolları təklif etmək bacarığı;
Bank, BOKT və ya digər maliyyə təşkilatlarında iş təcrübəsi üstünlükdür;
Analitik düşüncə, dəqiqlik və müstəqil işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
