Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AGA Group

Hesabatlar üzrə mütəxəssis — Reporting Specialist

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Şirkətin maliyyə və kredit portfeli üzrə gündəlik, həftəlik və aylıq hesabatlarını hazırlamaq və təhlil etmək; Maliyyə göstəricilərini təhlil edərək kənarlaşmaları, uyğunsuzluqları və potensial riskləri müəyyən etmək; Kredit portfelinin keyfiyyətini, gecikmiş kreditləri (PAR), problemli kreditləri (NPL) və digər əsas risk göstəricilərini izləmək və qiymətləndirmək; Maliyyə və əməliyyat məlumatlarının düzgünlüyünü yoxlamaq, hesabatlarda aşkar edilən səhvlərin səbəblərini araşdırmaq; Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və təkrarlanmaması üçün konkret düzəliş və təkmilləşdirmə təklifləri hazırlamaq; Faktiki göstəriciləri əvvəlki dövrlərlə və plan göstəriciləri ilə müqayisə etmək, dəyişikliklərin səbəblərini izah etmək; Rəhbərlik üçün analitik hesabatlar hazırlamaq, əsas riskləri və tələb olunan tədbirləri təqdim etmək; Müvafiq struktur bölmələri ilə birlikdə aşkar edilmiş problemlərin həlli prosesini izləmək. Tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində ən azı 2 il müvafiq iş təcrübəsi; Maliyyə göstəricilərini təhlil etmək, uyğunsuzluqları və riskləri müəyyənləşdirmək bacarığı; Kredit portfelinin əsas göstəriciləri, o cümlədən PAR və NPL haqqında bilik; MS Excel proqramında sərbəst işləmək, mürəkkəb formullar, Pivot Table və məlumatların təhlili alətlərindən istifadə bacarığı; Problemlərin səbəblərini müəyyənləşdirmək və əsaslandırılmış həll yolları təklif etmək bacarığı; Bank, BOKT və ya digər maliyyə təşkilatında iş təcrübəsi üstünlükdür; Analitik düşüncə, dəqiqlik və müstəqil işləmək bacarığı Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.