Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AZEM PHARMA

Qeydiyyat üzrə Mütəxəssis (Regulatory Affairs Specialist)

BakıMənbə: Boss.az

Vakansiya haqqında

İş şəraiti: İş qrafiki: I–V günlər (09:00-dan – 18:00-dək); Əməkhaqqı: Rəqabətədavamlı fiks maaş (namizədin təcrübə və biliyinə əsasən müsahibədə təyin olunur); AR Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirilmə. Məhsulların (BAQM, Tibbi vasitələr və BFQƏ) dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün sənədlər paketinin (dossier) hazırlanması və toplanması; AQTA ( Qida Təhlükəsizliyi Agentliyi) və AEM (Analitik Ekspertiza Mərkəzi) ilə sıx əməkdaşlıq, qeydiyyat müraciətlərinin izlənilməsi və prosedurların sonadək idarə olunması; Məhsulların təlimat, qablaşdırma və markalanma mətnlərinin yerli qanunvericiliyə uyğunlaşdırılması; Sertifikatlaşdırma, ekspertiza və icazə sənədlərinin vaxtında alınmasının təmin edilməsi; Qeydiyyat sənədlərinin arxivləşdirilməsi və məlumat bazasının yenilənmə İş təcrübəsi: Qeydiyyat/sənədləşmə sahəsində minimum 1 il iş stajı; Səriştə və biliyi: AQTA, AEM, BAQM və tibbi vasitələrin qeydiyyatı üzrə qanunvericilik və prosedurları bilmək mütləqdir; Ali təhsil (Tibb, Əczaçılıq, Biologiya, Kimya və ya əlaqədar sahələr); Sənədlərlə diqqətli və məsuliyyətli işləmək bacarığı; Rus və ya İngilis dili bilikləri (xarici istehsalçılarla yazışmalar üçün üstünlükdür).

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.