Vakansiya haqqında
Vakansiya: Ofis meneceriŞirkət: İNTEKO MMC
İNTEKO MMC komandamıza qoşulmaq üçün məsuliyyətli, yüksək təşkilatçılıq və kommunikasiya bacarıqlarına malik Ofis meneceri axtarır.
Vəzifə öhdəlikləri:
Ofisin gündəlik inzibati fəaliyyətinin təşkili və nəzarətdə saxlanılması;
Daxil olan telefon zənglərinin, elektron məktubların və müraciətlərin cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi;
Şirkətə gələn qonaqların və tərəfdaşların qarşılanması;
Daxil olan və göndərilən sənədlərin qeydiyyatının, sistemləşdirilməsinin və arxivləşdirilməsinin aparılması;
Rəsmi məktubların, sorğuların və digər işgüzar sənədlərin hazırlanması;
Rəhbərliyin görüşlərinin, iclaslarının və iş qrafikinin koordinasiyası;
Ofis ləvazimatlarına və digər inzibati ehtiyaclara nəzarət edilməsi;
Rəhbərlik tərəfindən verilən gündəlik tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
Zərurət yarandıqda digər struktur bölmələrə inzibati dəstəyin göstərilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Ofis menecmenti, inzibati idarəetmə və ya müvafiq sahədə 1–3 il iş təcrübəsi;
MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) işləmək bacarığı;
Sənədləşmə və kargüzarlıq qaydaları haqqında biliklər;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Rus və ya ingilis dili bilikləri arzuolunandır;
Yüksək təşkilatçılıq, kommunikasiya və vaxtın idarə edilməsi bacarıqları;
Məsuliyyətli, diqqətli, dəqiq və təşəbbüskar olmaq;
Komandada işləmək və eyni zamanda müstəqil qərarlar qəbul etmək bacarığı.
İş şəraiti:
İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Biznes Mərkəzi;
İş rejimi: Tam ştat;
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 10:00–18:00;
Əmək haqqı: 500–800 AZN (namizədin bilik və təcrübəsinə əsasən);
Rəsmi işə qəbul: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi və sənədləşmə.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
