Vakansiya haqqında
Təsvir
Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot registrlərində düzgün şəkildə əks etdirilməsi;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün hazırlanması və rəsmiləşdirilməsi;
Daxil olan pul vəsaitləri, mal-material ehtiyatları və əsas vəsaitlərin tam uçotunun aparılması, onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotuna daxil edilməsi;
Debitor və kreditorlarla hesablaşmaların vaxtında və düzgün icra olunması;
Daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatların yoxlanılması və müvafiq proqrama daxil edilməsi;
Bank və kassa əməliyyatlarına nəzarət edilməsi;
Təhtəlhesab şəxslərlə hesablaşmaların vaxtında və dəqiq uçotunun aparılması;
Debitor və kreditor borclarının izlənilməsi;
1C proqramında mühasibat əməliyyatlarının aparılması və məlumatların işlənməsi;
Mühasibat sənədlərinin düzgün tərtib olunması və arxivləşdirilməsi;
Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər mühasibat sənədlərinin hazırlanması;
Vəzifə ilə əlaqəli məsələlər üzrə əməkdaşların sorğularının cavablandırılması;
İş prosesi zamanı məlumatların məxfiliyinin qorunması;
Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında icra edilməsi.
Tələblər
Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
1C proqramı üzrə biliklər;
Excel bilikləri;
İşini müstəqil şəkildə təşkil etmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
Analitik düşüncə və detallara diqqət;
Komanda ilə işləmək və operativ ünsiyyət bacarığı.
İş şəraiti
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
