Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Marketinq layihələri portfelini idarə etmək, layihələri biznes prioritetlərinə uyğun
sıralamaq və resursları bölüşdürmək;
Şirkətin ən mühüm, çoxkanallı
kampaniyalarının (mövsümi kampaniyalar, brend layihələri, mağaza açılışları və s.) başdan sona idarə edilməsinə
rəhbərlik etmək;
Layihə məqsədlərini, KPI-ları, büdcəni və zaman
cədvəlini müəyyənləşdirmək, rəhbərliklə razılaşdırmaq;
Strateji vendor və
partnyorlarla münasibətləri idarə etmək, müqavilə şərtlərinin danışıqlarını aparmaq və onların performansını
qiymətləndirmək;
Layihə idarəetməsi üzrə vahid standartlar, şablonlar və
prosedurlar hazırlamaq və tətbiq etmək;
Layihələrin risklərini əvvəlcədən
müəyyən etmək, risklərin idarə edilməsi planlarını hazırlamaq və böhranlı vəziyyətlərdə operativ qərarlar təklif
etmək;
Kampaniya performans göstəricilərini (KPI, ROI, ROMI) təhlil etmək
və nəticələrə əsasən strateji tövsiyələr hazırlamaq;
İstehlakçı davranışı
və bazar məlumatları əsasında kampaniyaların təkmilləşdirilməsi üçün təhlillər aparmaq;
Aparıcı, orta və kiçik menecerlərə metodiki rəhbərlik və mentorluq etmək, onların işinin
keyfiyyətinə nəzarət etmək;
Layihələr üzrə rəhbərliyə konsolidə edilmiş
hesabatlar təqdim etmək.
Vəzifə tələbləri
Ali təhsil (Müvafiq sahədə üstünlükdür);
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi, o cümlədən çoxkanallı kampaniyaların idarə edilməsi
təcrübəsi olmalı;
Microsoft Office proqramlarında, xüsusilə Excel və
PowerPoint-də sərbəst işləməli;
Layihə idarəetmə alətləri (MS Project,
Trello, Asana, Jira və ya oxşar) ilə iş təcrübəsi üstünlükdür;
Büdcə
planlaşdırması və maliyyə göstəricilərinin (ROI, ROMI) təhlili üzrə praktiki təcrübə;
Şirkətin ehtiyacından asılı olaraq reklam, video çarx, sosial media paylaşımları və ya səsli
kommunikasiya materiallarında (voiceover, video cast) şirkətin siması və ya səsi olaraq iştirak etməyə hazır
olmaq;
Şirkətdə çalışdığı müddət ərzində digər şirkət, marka və
agentliklərlə influencer, aktyor, model və ya voiceover qismində əməkdaşlıq etməmək;
Analitik düşünmə tərzinə malik, ünsiyyətcil olmalı və təqdimat etməyi
bacarmalı;
Strateji planlaşdırma bacarığına malik
olmalı;
Operativ və düzgün qərar verməyi bacarmalı;
Problemləri həll etmə bacarığı olmalı.
Dil biliyi:
Azərbaycan - Mükəmməl
İngilis -
Orta
Rus - Yüksək
Baku Electronics-də sizi nələr gözləyir?
Özəl tibbi sığorta təminatı
Yığım həyat
sığortası proqramına qoşulma imkanı
Push30 platformasında korporativ
güzəştlər
Əməkdaşlara xüsusi güzəştlər və «BEnefit Club» tərəfdaş
şəbəkəsinin eksklüziv təklifləri
Peşəkar təlimlər, daxili vakansiyalar
vasitəsilə karyera yüksəlişi imkanları
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Baku Electronics Baş ofisi (Binəqədi r-nu, Əcəmi Naxçıvani
küç. 3066)
İş qrafiki: 5 günlük / Tam iş günü (09:00 –
18:00)
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
