Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Premium Bank

Kredit risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis

Maaş göstərilməyib

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis vakansiyası elan edilir. İşin təsviri: Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak edir; Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyini verir; Kredit risklәrinin ölçülmәsi ilә bağlı metod vә modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir; Kredit risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәt edir; Ssenariləri təhlil edir, Stress-test modellərini hazırlayır, tətbiq edir və nəticələrini analiz edir; Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət edir; Kredit risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir; Kredit riskləri üzrə müvafiq hesabatları hazırlayır; Kredit risklərinin idarə edilməsini həyata keçirir. Namizədə dair tələblər: Maliyyə, iqtisad sahəsində ali təhsil; Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi; Əla səviyyədə MS Excel biliyi; Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi; Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək; Detallara qarşı diqqətlilik, operativlik, analitik düşünmə bacarığı. Ekonometrika, statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır; Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Kredit risklərinin idarə edilməsi üzrə Aparıcı/Baş mütəxəssis” qeyd etməklə Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.