Vakansiya haqqında
“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Əməliyyat
risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis vakansiyası elan edilir.
İşin təsviri:
Bankın risk strategiyası, risk siyasətininin hazırlanmasında iştirak
edir;
Yeni kredit mәhsulları vә biznes proseslәrin tәşkilinә risk rәyini
verir;
Əməliyyat risklәrinin ölçülmәsi ilә bağlı metod vә
modellәrin tәkmillәşdirilmәsi vә hesabatlılığı tәmin edir;
Əməliyyat,
bazar, likvidlik risk limitlәrinin müəyyənləşdirilməsində iştirak edir, risk limitlәrinә riayәt olunmasına nәzarәt
edir;
Ssenariləri təhlil edir, Stress-test modellərini hazırlayır,
tətbiq edir və nəticələrini analiz edir;
Risk İştahası
Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət
edir;
Əməliyyat risklәrinin idarә edilmәsi üzrә hesabatlılıq
sistemini qurur, tәhlil edir vә onların tәkmillәşdirilmәsini təmin edir;
İnsidentlərin və daxil olan sorğuların vaxtında, operativ şəkildə icra edir və insidentlər
üzrə müvafiq hesabatları hazırlayır;
Əməliyyat risklərinə aparan
müvafiq bazar və likvidlik risklərinin idarə edilməsini həyata keçirir..
Namizədə dair tələblər:
Maliyyə, iqtisad sahəsində ali təhsil;
Bank sektorunda risk sahəsində azı 3 illik iş təcrübəsi;
Əla səviyyədə MS Excel biliyi;
Əla səviyyədə
Azərbaycan, yaxşı səviyyədə ingilis dili biliyi;
Mərkəzi Bankın normativ
xarakterli sənədlərinin tələblərini əla səviyyədə bilmək;
Detallara qarşı
diqqətlilik, operativlik, analitik düşünmə bacarığı.
Ekonometrika,
statistik analitika haqqında biliklərə sahib olması arzuolunandır;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində
“Əməliyyat risklərinin idarə edilməsi üzrə Aparıcı/Baş mütəxəssis” qeyd etməklə Müraciət etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
