Vakansiya haqqında
Təsvir
Şirkətin fəaliyyətinə dair siyasət, qayda, təlimat və biznes proses xəritələrinin hazırlanmasında iştirak etmək və ya müvafiq struktur bölmələr tərəfindən hazırlanmasını təşkil etmək;
Biznes prosesləri monitorinq etmək, mövcud çatışmazlıqları müəyyənləşdirmək və onların aradan qaldırılması, proseslərin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;
Biznes proseslərin təsdiq edilmiş qayda və prosedurlara uyğun icrasına nəzarət etmək və mütəmadi yoxlamalar aparmaq;
Risk reyestrini hazırlamaq, yeni aşkarlanan riskləri qeydiyyata almaq, qiymətləndirmək və reyestri mütəmadi yeniləmək;
Risk Komitəsi və yuxarı rəhbərlik üçün Əsas Risk Göstəriciləri (KRI) üzrə dövri hesabatlar hazırlamaq və təqdim etmək;
Şirkətin müştərilərinin kredit limitlərinin artırılması ilə bağlı müraciətlərini ətraflı təhlil etmək və vaxtında cavablandırmaq.
Tələblər
Risklərin idarə edilməsi, maliyyə, audit və ya əlaqəli sahələr üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilini sərbəst bilmək, ingilis və rus dillərini bilmək arzuolunandır;
MS Excel, Word, Visio və PowerPoint proqramları üzrə yüksək səviyyədə bilik;
Mikro və 1C ERP sistemləri üzrə bilik arzuolunandır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
