Vakansiya haqqında
Meqa Sığorta ASC Struktur bölmə: Satış departamenti – Birbaşa satış şöbəsiVəzifə öhdəlikləri:Birbaşa satış kanalında yeni müştəri cəlbi və satış hədəflərinin icrası üzrə yüksək potensiallı imkanları müəyyən etmək və satış fəaliyyətini effektiv təşkil etmək;B2C və B2B müştərilərlə danışıqları aparmaq, fərdi satış yanaşmaları və təqdimat həlləri hazırlamaq;Müştəri ehtiyaclarının düzgün müəyyən edilməsinə, uyğun məhsul seçiminə və satış sənədlərinin tamlığına nəzarət etmək;Korporativ risk potensialı olan müraciətlərin aidiyyəti B2B şöbələrinə düzgün və vaxtında yönləndirilməsini təmin etmək;Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;Satış göstəricilərini təhlil etmək, rəhbərliyə hesabatlar təqdim etmək.Namizədə olan tələblər:Ali təhsil;İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi;Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə.İş şərtləri:Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.İmtiyazlar:Karyera və peşəkar inkişaf üçün imkanlar;Peşəkar komandada işləmək imkanı;Tibbi sığorta təminatı;Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.Zəhmət olmasa, mövzu bölməsində “Birbaşa satış üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
