Vakansiya haqqında
PAŞA Sığorta ASC namizədləri Təşkilati risklərin
idarəedilməsi üzrə ekspert / baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa
dəvət edir.
Bu rol təşkilat miqyasında risk mədəniyyətinin formalaşdırılması, təşkilati risklərin
idarə edilməsi üçün daxili qaydaların hazırlanması və onlara nəzarətin təmin edilməsi üzrə məsuliyyət daşıyır.
Ekspert, risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risk reyestrinin yenilənməsi, həmçinin Risk İştahası
Çərçivəsi (RAS) və Əsas Risk İndikatorları (KRI) üçün limitlərin təyin edilməsi və monitorinqi ilə məşğul olacaqdır.
Bundan əlavə, İdarə Heyəti və Risk Komitəsi üçün hesabatların hazırlanması, RCSA prosesinə dəstək və risk sağlamlıq
indeksinin idarə edilməsi bu vəzifənin əsas istiqamətlərini təşkil edir.
Öhdəliklər
Təşkilat üzrə risk mədəniyyətinin ölçülməsi, inkişaf etdirilməsi və bu sahədə
maarifləndirmə təlimlərinin keçirilməsi;
Təşkilati risklərin idarə
olunması üzrə daxili qaydaların, proseslərin və digər normativ sənədlərin hazırlanması və onların icrasına
nəzarət;
Şirkət üzrə risklərin müəyyənləşdirilməsi, ehtimal və təsir
baxımından qiymətləndirilməsi, risk reyestrinin mütəmadi yenilənməsi;
Maliyyə və qeyri-maliyyə riskləri üzrə əsas risk indikatorlarının (KRI) müəyyən edilməsi,
onların risk iştahası göstəriciləri ilə əlaqələndirilməsi və müvafiq struktur bölmələr üzrə kaskadlaşdırılması
prosesində iştirak etmək;
Şirkətin maliyyə və qeyri-maliyyə riskləri üzrə
ümumi risk profilinin qiymətləndirilməsi və müəssisə üzrə risklərin məcmu təsirinin müəyyən edilməsi prosesində
iştirak etmək;
Risk İştahası Çərçivəsi (RAS) üzrə limitlərin təyin
edilməsi, əsaslandırılması və təkmilləşdirilməsi;
İdarə Heyəti və Risk
Komitəsi üçün risk hesabatlarının hazırlanması və təsdiq edilmiş risk limitlərinə riayət olunmasına
nəzarət;
Risk sağlamlıq indeksinin idarə edilməsi və indeksin
yüksəldilməsi üzrə zəruri tədbirlərin görülməsi.
Bilik və Bacarıqlar
Risklərin dərin təhlili və strateji qiymətləndirilməsi
bacarığı;
Mürəkkəb məlumatları şərh etmək, güclü analitik düşüncə və
problemləri həll etmə bacarığı;
Məlumatların analizində Excel və SQL-dən
effektiv istifadə;
Təqdimatların hazırlanması üçün PowerPoint
proqramından effektiv istifadə;
FRM, CFA, CRMA kimi müvafiq
sertifikatların olması arzuolunandır;
Yüksək səviyyədə dəqiqlik,
detallara diqqət yetirmə və məsuliyyət hissi;
Etik davranış və məxfilik
prinsiplərinə riayət etmə;
Əməkdaşlıq, keyfiyyət yönümlülük və öyrənməyə
açıqlıq;
Dil bilikləri: Azərbaycan, İngilis.
Təhsil və Təcrübə
Müvafiq sahə üzrə ali təhsil;
Risklərin
idarəedilməsi və ya əlaqəli sahədə 5 ildən artıq iş təcrübəsi.
Bizim Təklifimiz
Peşəkar komanda mühitində əməkdaşlıq imkanı;
Davamlı öyrənmə və fərdi inkişaf üçün geniş imkanlar;
Şirkətin strateji hədəflərinə töhfə vermək şansı;
Şəffaf və dəstəkləyici korporativ mədəniyyət;
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə
saxlanılacaqdır.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
