Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Avant Group →

İşə qəbul və yeni əməkdaşların adaptasiyası üzrə mütəxəssis

1500 – 2000 AZN

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Avant Group İnsan Resursları üzrə mütəxəssis axtarır!Avant Group komandamıza İnsan Resurslarının idarə edilməsi sahəsində təcrübəyə malik, güclü kommunikasiya və təşkilatçılıq bacarıqları olan, işə qəbul və yeni əməkdaşların adaptasiyası proseslərini müstəqil şəkildə idarə edə bilən mütəxəssis axtarır. Vəzifə öhdəlikləri: Şirkətin struktur bölmələri üzrə işçi ehtiyaclarını müəyyənləşdirmək və vakansiya sorğularının koordinasiyasını həyata keçirmək; Açıq vakansiyalar üzrə namizədlərin axtarışını aparmaq, daxil olan CV-ləri təhlil etmək və ilkin seçim mərhələsini təşkil etmək; Vakansiya elanlarını hazırlamaq və müvafiq işə qəbul platformalarında yerləşdirmək; Namizədlərlə ilkin müsahibələr keçirmək və onların vakansiyaya uyğunluğunu qiymətləndirmək; Struktur bölmə rəhbərləri ilə müsahibə mərhələlərini planlaşdırmaq və koordinasiya etmək; Seçim mərhələsindən uğurla keçən namizədlərə iş təkliflərini hazırlamaq və təqdim etmək; İşə qəbul prosesində tələb olunan sənədlərin toplanmasını və rəsmiləşdirilməsini koordinasiya etmək; Yeni əməkdaşların şirkət mühitinə inteqrasiyasını və adaptasiya prosesini təşkil etmək; Yeni əməkdaşların sınaq müddəti üzrə fəaliyyətlərinin qiymətləndirilməsi prosesini əlaqələndirmək; İşə qəbul və adaptasiya proseslərinə dair hesabatlar hazırlamaq, müvafiq məlumat bazasını mütəmadi yeniləmək. Namizədə dair tələblər: Ali təhsil; İnsan Resursları sahəsində minimum 3-5 il iş təcrübəsi; İşə qəbul və adaptasiya proseslərinin idarə edilməsi üzrə praktiki bilik və təcrübə; Müsahibələrin təşkili, aparılması və namizədlərin qiymətləndirilməsi bacarığı; Əmək qanunvericiliyi üzrə ilkin biliklər; MS Office proqramlarından, xüsusilə MS Excel-dən yaxşı istifadə bacarığı; Güclü kommunikasiya, planlaşdırma və təşkilatçılıq bacarıqları; Analitik düşünmə və komanda ilə effektiv əməkdaşlıq etmək bacarığı; Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı; Rus və ingilis dillərini bilmək üstünlükdür. İş şəraiti və əlavə məlumatlar: İş yeri: Çıraq Plaza; Əmək haqqı: 1500-2000 AZN (net); İş qrafiki: 5 günlük iş həftəsi; Rəsmiləşmə: Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir. İnsan Resursları sahəsində təcrübəniz və peşəkar yanaşmanızla Avant Group komandasına dəyər qatmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.