Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

BOS SHELF LLC

İşə qəbul mütəxəssisi (Recruiter)

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr “BOS Şelf” MMC, İşə qəbul mütəxəssisi (Recruiter) vəzifəsi üzrə vakansiya elan edir Tələblər İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, psixologiya və ya digər müvafiq ixtisaslar üzrə ali təhsil. İnsan resursları sahəsində 3–5 il iş təcrübəsi; İşə qəbul sahəsində müvafiq iş təcrübəsi; İşə qəbul prosesinin bütün mərhələləri (namizədlərin axtarışı, ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və keçirilməsi, işə qəbulun rəsmiləşdirilməsi) üzrə praktiki bilik və bacarıqlar; Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər; İngilis dili biliyi – minimum Upper-Intermediate (B2) səviyyəsində; MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı; LinkedIn və digər peşəkar platformalardan namizədlərin axtarışı və cəlb edilməsi məqsədilə effektiv istifadə bacarığı; Güclü ünsiyyət, peşəkar əlaqələr qurmaq və onları inkişaf etdirmək bacarığı; Neft-qaz, enerji, tikinti və ya sənaye sektorlarında işə qəbul təcrübəsi üstünlükdür; SHRM, HRCI və ya digər beynəlxalq HR sertifikatlarının olması üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.