Vakansiya haqqında
Təsvir
Açıq vakansiyalar üzrə namizədlərin müxtəlif işə qəbul platformaları üzərindən axtarışını və seçimini həyata keçirmək;
Daxil olan CV-ləri nəzərdən keçirmək, uyğun namizədləri müəyyənləşdirmək və ilkin seçim mərhələsini aparmaq;
Namizədlərlə müsahibələri planlaşdırmaq, müsahibələrdə iştirak etmək və qiymətləndirmə prosesini icra etmək;
Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq edərək vakansiyalar üzrə namizəd ehtiyaclarını dəqiqləşdirmək;
Namizədlərin peşəkar bilik, bacarıq və səriştələrini müvafiq qiymətləndirmə metodları ilə dəyərləndirmək;
Seçilmiş namizədlər üçün iş təkliflərini hazırlamaq və işə qəbuldan əvvəlki mərhələləri əlaqələndirmək;
İşə qəbul prosesləri ilə bağlı məlumatların sistemli şəkildə qeydiyyatını aparmaq və uyğun hesabatlar hazırlamaq;
İşə qəbul prosedurlarının təkmilləşdirilməsi və namizəd bazasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək.
Tələblər
Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə);
İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi;
İngilis dili – yaxşı, rus dili – səlis səviyyədə;
Namizədlərin axtarışı, seçimi və müsahibələrin aparılması üzrə praktiki bilik və bacarıqlar;
LinkedIn və digər işə qəbul platformalarından istifadə bacarığı;
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
HRM/ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə iş təcrübəsi üstünlükdür;
Əmək qanunvericiliyinin işə qəbul prosesləri ilə bağlı əsas müddəaları üzrə biliklər;
Güclü kommunikasiya, analitik düşünmə, təşkilatçılıq və komanda ilə işləmə bacarıqları.
Vakansiya növü
Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı
Təlimlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
