Vakansiya haqqında
Avant Group komandamıza yeni əməkdaş axtarırıq!
İnsan resurslarının idarə edilməsi sahəsində təcrübəsi olan, ünsiyyət və təşkilatçılıq bacarıqları yüksək, işə qəbul və yeni əməkdaşların adaptasiyası proseslərini müstəqil şəkildə idarə edə bilən mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Şirkətin struktur bölmələri üzrə işçi ehtiyacının müəyyən olunması və vakansiya sorğularının əlaqələndirilməsi;
Vakansiyalar üzrə namizədlərin axtarışı, CV-lərin təhlili və ilkin seçim prosesinin aparılması;
İş elanlarının hazırlanması və uyğun platformalarda yerləşdirilməsi;
Namizədlərlə ilkin müsahibələrin keçirilməsi və qiymətləndirilməsi;
Struktur rəhbərləri ilə müsahibələrin təşkil edilməsi və koordinasiyası;
Seçilmiş namizədlərə iş təkliflərinin hazırlanması və təqdim olunması;
İşə qəbul üçün tələb olunan sənədlərin toplanması və rəsmiləşdirmə prosesinin koordinasiyası;
Yeni əməkdaşların şirkətə inteqrasiyası və adaptasiya prosesinin təşkili;
Sınaq müddətinin qiymətləndirilməsi prosesinin koordinasiyası;
İşə qəbul və adaptasiya prosesləri üzrə hesabatların hazırlanması və məlumat bazasının yenilənməsi.
Namizədə dair tələblər
Ali təhsil;
HR sahəsində minimum 3-5 il iş təcrübəsi;
İşə qəbul və adaptasiya prosesləri üzrə praktiki bilik və təcrübə;
Müsahibələrin aparılması və namizədlərin qiymətləndirilməsi bacarığı;
Əmək qanunvericiliyi üzrə ilkin biliklər;
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
Yüksək kommunikasiya, planlaşdırma və təşkilatçılıq bacarıqları;
Analitik düşünmə və komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı. Rus və ingilis dillərini bilmək üstünlükdür.
İş şəraiti
İş yeri: Çıraq Plaza;
Əməkhaqqı: 1500–2000 AZN (net);
İş rejimi: 5 günlük iş həftəsi;
Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İşə qəbul və yeni əməkdaşların adaptasiyası üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
