Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kontakt Home →

İşə qəbul üzrə təcrübəçi

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Təsvir İşə qəbul prosesinin müxtəlif mərhələlərində dəstək göstərilməsi; Vakansiyaların uyğun platformalarda paylaşılması və namizəd axtarışında iştirak edilməsi; Namizədlərin ilkin dəyərləndirilməsində və vakansiya tələblərinə uyğun şəxslərin seçilməsində dəstək verilməsi; Namizədlərlə ilk əlaqənin qurulması, müsahibələrin planlaşdırılması və koordinasiyası; Namizəd bazasının və ATS sistemindəki məlumatların vaxtında yenilənməsi; Müsahibə və qiymətləndirmə proseslərinin təşkilinə kömək göstərilməsi; İşə qəbul üzrə hesabatların hazırlanmasına dəstək verilməsi; İşə qəbul şöbəsinin gündəlik işlərində və digər HR layihələrinin icrasında iştirak edilməsi. İş şəraiti İş qrafiki: həftədə 5 iş günü; İş rejimi: part-time (natamam iş günü). Tələblər Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Psixologiya və ya əlaqəli ixtisaslar); İşə qəbul və İnsan Resursları sahəsində karyera qurmağa yüksək maraq; Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları; Öyrənməyə və peşəkar inkişafına yüksək motivasiya; Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı, rus və ya ingilis dillərindən ən azı birini yüksək səviyyədə yazılı və şifahi bilmək; MS Office proqramlarında yaxşı işləmək bacarığı; Dinamik iş mühitində işləmək və bir neçə tapşırığı eyni anda idarə etmək bacarığı. Qeyd: Təcrübə proqramının müddəti 3 aydır və ödənişlidir. Proqrama yalnız bakalavriat üzrə sonuncu kurs tələbələri və magistratura üzrə I–II kurs tələbələri müraciət edə bilərlər. Vakansiya növü Yarım ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

İşə qəbul üzrə təcrübəçi

Kontakt Home

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Biznes, İdarəetmə və İnsan Resursları
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.