Vakansiya haqqında
İnsan Resursları üzrə mütəxəssis vakansiyası!ADY komandasında İnsan Resurslarının idarə edilməsi, kadr sənədləşməsi və əmək münasibətlərinin tənzimlənməsi istiqamətində fəaliyyət göstərəcək, müvafiq sahədə bilik və təcrübəyə malik mütəxəssis axtarılır.
Vəzifə öhdəlikləri:
Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr sənədləşməsini və şəxsi heyətin uçotunu aparmaq;
Əməkdaşların şəxsi işlərini formalaşdırmaq, müvafiq dəyişiklik və əlavələri həyata keçirmək, işçilərin elektron məlumat bazasını idarə etmək;
Ehtiyac yarandıqda ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin aparılmasında, kvalifikasiya və kompetensiya tələblərinin hazırlanmasında iştirak etmək;
Vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılması və müvafiq vəzifə təlimatlarının hazırlanması prosesinə dəstək göstərmək;
Struktur bölmənin fəaliyyət istiqamətləri üzrə kargüzarlıq işini təşkil etmək;
İşçilərin əmək intizamına və daxili intizam qaydalarına riayət etmələrinə nəzarət etmək;
Əməkhaqqı kartlarının sifarişi ilə bağlı sənədləri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, hazır kartların qeydiyyatını aparmaq və təhvil-təslim prosesini həyata keçirmək;
İşçilərin başqa vəzifəyə keçirilməsi ilə bağlı müraciət və sorğuları aidiyyəti struktur bölməyə yönləndirmək;
Şöbədaxili hesabatları hazırlamaq və müvafiq istiqamətlər üzrə aidiyyəti üzrə təqdim etmək;
İnsan Resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması və bu məqsədlə zəruri texniki platformaların yaradılması ilə bağlı təkliflər irəli sürmək;
Görülmüş işlər barədə aylıq hesabatları birbaşa və funksional rəhbərlərə təqdim etmək.
Namizədə dair tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
Elektron Hökumət Portalı, ƏMAS, e-Sosial və digər dövlət elektron platformalarında sərbəst işləmək bacarığı;
Elektron informasiya sistemlərindən istifadə qaydaları üzrə biliklər;
Kadr işinin təşkili, sənədləşmə və hesabatların hazırlanması üzrə praktiki biliklər;
MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
