Vakansiya haqqında
Əsas vəzifələr
Əmək qanunvericiliyinə, təlimatlara və rəhbərin əmrinə uyğun olaraq işçilərin işə qəbulunun rəsmiləşdirilməsi, lazımi sənədlərin hazırlanması;
Məzuniyyət qrafikinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət, əmək haqqı və vəzifə dəyişikliyi, mükafat, xəbərdarlıq, töhmət, avans və s. bütün növ əmrlərin və digər əlaqəli sənədlərin hazırlanması;
Əmək müqaviləsi bildirişlərinin və əmək müqaviləsinə edilən bütün dəyişikliklərin elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi;
Yeni işçilərin bütün şəxsi məlumatlarının, işdən çıxanların, vəzifə və əmək haqqı dəyişikliklərinin Tabus proqramına qeyd edilməsi;
Əmək haqqı tabelinin hazırlanması, mütəmadi olaraq bütün məzuniyyət və ezamiyyə əmrlərinin, vəzifə və əmək haqqı dəyişikliklərinin, icazə, xəstəlik vərəqəsi və s. davamsızlıq hallarının tabelə əlavə edilməsi;
İşdən azad olunan işçinin qanunvericiliyə uyğun olaraq işinə xitam verilməsi, kompensasiyaların hesablanması, təhvil-təslimin həyata keçirilməsi;
İşçilərin davamiyyət faylının hazırlanması;
Hamiləlik və doğuşa görə məzuniyyət ilə əlaqədar sənədlərin hazırlanması, protokolların tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi;
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədlərin hazırlanması, protokolların tərtibi və ödəniş üçün hesabatın hazırlanıb sistemə göndərilməsi;
İR üzrə menecerin digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
Yaş həddi: 25-35;
Ali təhsil;
Müvafiq vəzifə üzrə min. 1-2 il iş təcrübəsi;
Əmək qanunvericiliyinin əsaslarını bilməli;
MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus və İngilis dili bilikləri arzu olunandır;
İR üzrə müvafiq sertifikatların olması zəruridir;
Sənədlərlə işləmək bacarığı;
Problem həll etmək bacarığı;
Ciddi, intizamlı, səliqəli, məsuliyyətli, dəqiq və etibarlı olmalı.
İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
Şənbə və bazar istirahət;
Nahar fasiləsi: 13:00 – 14:00.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
