Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Dəmir Yolları QSC →

İnsan resursları üzrə mütəxəssis (Gəncə)

Razılaşma ilə

GəncəMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçotu işini aparmaq; Ehtiyac olduqda ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin keçirilməsinin, onların kvalifikasiya, habelə kompetensiya tələblərinin işlənilməsinin, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasının və vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsinde iştirak etmək; Bölmədaxili hesabatları hazırlamaq və aidiyyatı üzrə təqdim etmək; Fəaliyyət istiqamətləri üzrə kargüzarlıq işinin təşkilini təmin etmək; İşçilərin əmək intizamına, o cümlədən daxili intizam qaydalarına əməl etmələrinə nəzarət etmək; Əməkhaqqı kartalarının sifarişini hazırlayaraq aidiyyəti üzrə ünvanlamaq, hazır olan əmək haqqı kartlarının qeydiyyatını apararaq adiyyəti üzrə təhvil-təslim etmək; Başqa işə keçirilmə əməliyyatları ilə bağlı sorğuları aidiyyatı struktura təqdim etmək; Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək; Insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texnikiplatformanın hazırlanmasını təşkil etmək ilə bağlı təkliflər vermək; Aylıq olaraq görülmüş işlər barədə birbaşa və funksional rəhbərinə hesabat vermək; Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçot işini aparmaq, əməkdaşların şəxsi işlərini tərtib etmək, onlara zəruri dəyişikliklər və əlavələri etmək, işçilərinelektron məlumat bazasını idarə etmək. Tələblər Ali təhsil; Tələb olunan sahə üzrə minimum əmək stajı - 1 il; Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər; Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı; Elektron informasiya sistemindən istifadə qaydaları; Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi; MS Office proqramları yaxşı səviyyədə;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.