Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Baku Bus

Əməyin ödənilməsi üzrə mütəxəssis / Əməyin ödənilməsi və hesabatlılıq şöbəsi / İnsan Resursları Departamenti

GəncəMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Əməkhaqqı, mükafat, əlavələr, məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin qüvvədə olan qaydalara uyğun hesablanmasında iştirak etmək; İş vaxtının uçotu cədvəllərini, əmrləri və əməkhaqqının hesablanmasına əsas verən digər sənədləri yoxlamaq; Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və digər tutulmaların düzgün hesablanmasını təmin etmək; Əməkhaqqı üzrə məlumatları informasiya sisteminə daxil etmək, dəyişiklikləri vaxtında və düzgün əks etdirmək; Əməkhaqqı fondunun icrası, faktiki ödənişlər və kənarlaşmalar üzrə dövri hesabatlar hazırlamaq; Əməkdaşların əməkhaqqı və digər ödənişlərlə bağlı müraciətlərini araşdırmaq və səlahiyyət çərçivəsində cavablandırmaq; Maliyyə və aidiyyəti struktur bölmələri ilə əməkhaqqı məlumatlarının uzlaşdırılmasını həyata keçirmək; Əməyin ödənilməsi üzrə sənədlərin sistemləşdirilməsini, saxlanmasını və məxfiliyini təmin etmək, gündəlik operativ tapşırıqları icra etmək. Tələblər Ali təhsil (İqtisadiyyat, mühasibatlıq, maliyyə və ya əlaqəli sahə üzrə üstünlükdür); Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi; Əmək qanunvericiliyi, vergi və sosial sığorta üzrə əsas normativ tələblər barədə bilik; MS Excel proqramında sərbəst işləmə, məlumatların təhlili və hesabatların hazırlanması bacarığı; Əməkhaqqı və ya ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür; Komanda ilə işləmə və nəticəyönümlülük; Dəqiqlik və məxfiliyi qoruma bacarığı; Analitik düşünmə və problem həll etmə bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.