Vakansiya haqqında
Təsvir
Tikinti və cari təmir işləri üzrə iş həcmlərini yerində baxış və texniki sənədlər
əsasında müəyyən etmək, ölçmə və hesablama işlərini aparmaq;
Tikinti və
təmir işlərinin mövcud vəziyyətini qiymətləndirmək, aşkar edilmiş qüsur və çatışmazlıqları müəyyənləşdirmək, qüsur
aktlarını hazırlamaq;
Tikinti işlərinin təsdiq edilmiş layihələrə,
texniki şərtlərə, tikinti norma və standartlarına uyğun həyata keçirilməsinə texniki nəzarət
etmək;
Görülən işlərin keyfiyyətinə, həcminə, istifadə olunan tikinti
materiallarının və tətbiq edilən texnologiyaların texniki tələblərə uyğunluğunu yoxlamaq;
Layihələr üzrə tikinti və təmir işlərinin planlaşdırılması, təşkili və icrasına nəzarət
prosesində iştirak etmək;
Podratçı təşkilatlar tərəfindən yerinə
yetirilən işlərin texniki baxımdan qiymətləndirilməsini həyata keçirmək;
Aşkar edilmiş qüsur və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət
etmək;
Tikinti və təmir işləri üzrə texniki sənədləri, hesabatları, ölçü
cədvəllərini və müvafiq aktları hazırlamaq;
Müasir inşaat
texnologiyalarının və səmərəli texniki həllərin tətbiqi ilə bağlı təkliflər vermək;
Tikinti işlərinin müəyyən edilmiş qrafikə, keyfiyyət göstəricilərinə və texniki tələblərə
uyğun icrasını təmin etmək;
Əməyin mühafizəsi, texniki və yanğın
təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
Görülmüş
işlər, texniki məsələlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat və hesabatlar təqdim
etmək;
Birbaşa rəhbər tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində
verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Təhsil: İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə bakalavr
dərəcəsi;
İş təcrübəsi: İnşaat, tikinti və ya cari təmir işləri sahəsində
minimum 2 il iş təcrübəsi;
Tikinti və təmir işlərinin təşkili, iş
həcmlərinin hesablanması və qüsur aktlarının hazırlanması üzrə praktiki biliklər;
Tikinti norma və standartları, texniki şərtlər, layihə sənədləri və tikinti materiallarının
xüsusiyyətləri barədə biliklər;
Tikinti və təmir işlərinə texniki
nəzarət, işlərin keyfiyyətinin qiymətləndirilməsi və qüsurların müəyyən edilməsi bacarığı;
Texniki sənədlərin, hesabatların və müvafiq aktların hazırlanması və tərtib edilməsi
bacarığı;
MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmək
bacarığı;
Azərbaycan dilini əla səviyyədə bilmək;
Yüksək ünsiyyət və danışıqlar aparmaq, qərarvermə və problem həll etmə
bacarıqları;
Komandada işləmək, dəyişikliklərə uyğunlaşmaq və yeni
bilikləri mənimsəmək qabiliyyəti;
Sahədə operativ qərarvermə, analitik
düşünmə və işlərin prioritetləşdirilməsi bacarığı.
İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
İş rejimi: 5 günlük
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
