Vakansiya haqqında
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün
İstehsalat Texniki Xidmətinin Texniki Nəzarət və Keyfiyyət şöbəsinə
Havalandırma və soyutma sistemləri üzrə mühəndis axtarırıq!
Vəzifə funksiyası:
Namizəd
havalandırma və soyutma sistemlərinin texniki vəziyyətinin qiymətləndirilməsi,
istismar və texniki xidmət proseslərinə nəzarət, layihə sənədlərinin təhlili,
uyğunsuzluqların və nasazlıqların səbəblərinin müəyyən edilməsi, eləcə də
onların aradan qaldırılması üzrə təkliflərin hazırlanması işlərini həyata
keçirəcək.
Sizi hansı öhdəliklər gözləyir?
Havalandırma,
kondisionerləşdirmə və soyutma sistemlərinin texniki vəziyyətinə nəzarət
etmək;
Mühəndis
sistemlərinin istismarı, texniki xidməti və layihə həllərinin təhlilini həyata
keçirmək;
Sistemlərdə
yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması
üzrə texniki təkliflər hazırlamaq;
Avadanlıqların
iş parametrlərini təhlil etmək, hava sərfi və soyutma yükü ilə bağlı
hesablamaları aparmaq;
Layihə
və icra sənədlərini, texniki tapşırıqları və avadanlıq spesifikasiyalarını
yoxlamaq;
Layihə
həllərinin faktiki istismar şəraitinə uyğunluğunu qiymətləndirmək və
texniki uyğunsuzluqları aşkar etmək;
Havalandırma
sistemlərinin sınaqdan keçirilməsi, hava sərflərinin ölçülməsi və
balanslaşdırılması proseslərinə nəzarət etmək;
Podratçı
təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki tələblərə
uyğunluğunu yoxlamaq;
Texniki
hesabatlar, nöqsan aktları və müvafiq təkliflər hazırlamaq;
Əməyin
mühafizəsi, yanğın və texniki təhlükəsizlik tələblərinə riayət olunmasını
təmin etmək.
Namizədlərdən tələblərimiz
Ali təhsil
(Havalandırma, mexanika mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə);
Müvafiq
sahə (HVAC) üzrə minimum 3 il iş təcrübəsi;
Mühəndis
sistemlərinin istismarı, texniki xidməti və layihələndirilməsi üzrə
praktiki biliklər;
Mərkəzi
və yerli havalandırma sistemləri, vurucu və sorucu ventilyatorlar,
VRF/VRV, çiller, fan-koyl və split kondisioner sistemlərinin iş prinsiplərini
bilmək;
Hava sərfi,
hava kanallarının en kəsiyi, hava sürəti, təzyiq itkiləri və soyutma
yükünün hesablanması üzrə biliklər;
Elektrik
və avtomatik idarəetmə sxemlərini oxumaq, SCADA və BMS sistemləri barədə
biliklər;
AutoCAD
proqramında mühəndis çertyojlarını oxumaq və onlarla işləmək bacarığı;
HVAC
sistemlərinə aid qüvvədə olan tikinti norma və qaydaları, EN 16798 və EN
12599 standartları barədə biliklər;
MS
Office proqramlarında sərbəst işləmək bacarığı;
İngilis
və ya rus dilində texniki sənədləri oxumaq bacarığı;
Analitik
düşünmə və problem həll etmə bacarığı.
Metropoliten Sizə nə təklif edir?
Sabit
və etibarlı iş mühiti;
Peşəkar
komandada inkişaf və karyera imkanları;
Metropolitendən
ödənişsiz istifadə imkanı;
Güzəştli
nahar təminatı;
Bilgəh
Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli
istirahət imkanı;
Psixoloji
dəstək xidməti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
