Vakansiya haqqında
Əsas vəzifələr
Proseslərdə istifadə edilən mexaniki və texnoloji avadanlıqların istismarına və texniki vəziyyətinə nəzarət etmək.
Avadanlıqların təmir və texniki xidmət işlərini təşkil etmək.
Avadanlıqlar üçün tələb olunan ehtiyat hissələrini müəyyənləşdirmək və sifarişləri hazırlamaq.
Yeni və mövcud avadanlıqların alternativlərini qiymətləndirmək və onların mövcud sistemə uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq
Avadanlıqların texniki göstəricilərinin və istismar imkanlarının qiymətləndirilməsini həyata keçirmək.
Təmir işlərinin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək.
Avadanlıqların təmiri, dəyişdirilməsi və yenilənməsi ilə bağlı texniki sənədləri hazırlamaq.
Görülmüş işlər və avadanlıqların texniki vəziyyəti barədə hesabatlar hazırlamaq.
Tələblər
Neft və neft məhsullarının qəbulu, saxlanması, daşınması və göndərilməsi ixtisası üzrə bakalavr təhsili.
Mexaniki və texnoloji avadanlıqların istismarı, texniki xidməti və təmiri sahəsində praktiki bilik və təcrübə.
Avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi və nasazlıqların müəyyən edilməsi üzrə bacarıqlar.
Ehtiyat hissələrinə olan tələbatın müəyyənləşdirilməsi və satınalma sifarişlərinin hazırlanması üzrə təcrübə.
Neft və neft məhsullarının qəbulu, saxlanması, daşınması və göndərilməsi proseslərində istifadə olunan avadanlıqların iş prinsipləri üzrə biliklər.
Texnoloji proseslərdə istifadə edilən mexaniki avadanlıqların istismarı və təmiri üzrə biliklər.
Avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi və nasazlıqların müəyyən edilməsi bacarığı.
Avadanlıqların təmiri və texniki xidmətinin təşkili üzrə biliklər.
Mövcud avadanlıqların texniki xüsusiyyətlərinin və istismar imkanlarının qiymətləndirilməsi.
Avadanlıqlar üçün tələb olunan ehtiyat hissələrinin müəyyənləşdirilməsi və sifarişlərin formalaşdırılması.
Ehtiyat hissələrinin texniki parametrlərinin və spesifikasiyalarının hazırlanması.
Yeni və mövcud avadanlıqların alternativlərinin qiymətləndirilməsi və mövcud sistemə uyğunlaşdırılması.
Avadanlıqların yenilənməsi və əvəzlənməsi ilə bağlı texniki təkliflərin hazırlanması.
Microsoft Office proqramları ilə işləmək bacarığı.
Microsoft Excel proqramında hesabatların və texniki cədvəllərin hazırlanması.
SAP ERP sistemi üzrə bilik və istifadə bacarığı.
AutoCAD proqramında texniki çertyojların oxunması və hazırlanması bacarığı.
Mexaniki avadanlıqların təmir və texniki xidmət ehtiyaclarının müəyyənləşdirilməsi.
Təmir işlərinin planlaşdırılması və tələb olunan ehtiyat hissələrinin sifarişinin təşkili.
Avadanlıqlar üzrə texniki sənədlərin hazırlanması və aparılması.
Təchizatçıların texniki təkliflərinin qiymətləndirilməsi.
Digər struktur bölmələri ilə koordinasiyalı fəaliyyətin təşkili.
Azərbaycan dili – sərbəst.
İngilis dili – texniki sənədlərlə işləmək səviyyəsində.
Rus dili – üstünlükdür.
Analitik və texniki düşünmə qabiliyyəti.
Məsuliyyətlilik və dəqiqlik.
Problemlərin operativ təhlili və həlli bacarığı.
Komanda ilə işləmək bacarığı.
Təşəbbüskarlıq və nəticəyönümlülük.
Planlaşdırma və təşkilatçılıq qabiliyyəti.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
