Vakansiya haqqında
Təsvir:
Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri
və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən
aparıcı şirkətlərdən biriyik. Şirkətimizin layihələr üzrə texniki sənədləşmə və
sənəd dövriyyəsi proseslərini müstəqil idarə edəcək, sifarişlərin və sənədlərin
düzgün, vaxtında icrasını təmin edəcək Layihələrdə texniki dəstək üzrə mütəxəssis
axtarırıq.
Bu rol sifariş sənədlərinin hazırlanmasına və Aconex
sisteminə yüklənilməsinə, elektron arxivin idarə edilməsinə, sənədlərin son
versiyalarının müvafiq tərəflərə çatdırılmasına və layihələr üzrə müntəzəm LOG
ilə həftəlik hesabatların hazırlanmasına cavabdeh olacaq.
Bu vəzifədə uğur qazanmaq üçün sənəd dövriyyəsi və texniki dəstək
prosedurlarını praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan
yekun nəticəyədək müstəqil idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq
bacarığı əsasdır.
Əsas öhdəliklər:
Sifariş və sənəd dövriyyəsinin idarə olunması
Şirkətin
fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq sifariş sənədlərinin
hazırlanmasını, Aconex sisteminə düzgün yüklənilməsini və icra prosesini nəzarətdə
saxlamaq.
Əməliyyatların
texniki məqsədlər üçün düzgün təsnifləşdirilməsini və müvafiq sənədlərlə əsaslandırılmasını
təmin etmək.
Sifarişlərin
prosesdə olan nəticələri, eləcə də layihələr üzrə LOG hesabatlarını və həftəlik
hesabatları hazırlamaq və aidiyyəti üzrə paylaşmaq.
Sənədlərin
son versiyasının toplanması, saxlanılması və izlənilə bilməsini sistemli şəkildə
təmin etmək.
Arxiv və məlumat bazasının idarə edilməsi
Şirkətin
sistem arxivində sənədlərin saxlanması, qorunması, idarə olunması və
sonrakı proseslərə nəzarət etmək.
İdarə
olunan sənədlərin elektron arxivdə nəzarətini təmin etmək və köhnəlmiş sənədlərin
dövriyyədən çıxarılmasına nəzarət etmək.
Sənədlərin
qısa zamanda bərpasını təmin etmək üçün bütün sistemləşdirilmiş sənədlərin
kompüter məlumat bazasının mövcudluğunu qorumaq.
Sənədlərin
ən son versiyasının təhlilini aparmaq və bütün müvafiq istifadəçilərə
vaxtında çatdırılmasını təmin etmək.
Proseslərin təhlili və daxili nəzarət
Sənədləşdirmə
prosesini təhlil etmək, o cümlədən uyğunluq (compliance) və nəzarətin təmin
olunmasını həyata keçirmək.
Şirkətin
daxili proseslərinə uyğun olaraq Sifariş sənəd dövriyyəsi ilə bağlı müəyyən
olunmuş qayda və prosedurlara dəqiq riayət etmək.
Əməliyyatların
texniki aspektləri üzrə müvafiq struktur bölmələrinə dəstək vermək və məlumatlandırmaq.
Sənəd
dövriyyəsi proseslərində səhv riskinin azaldılması və səmərəliliyin
artırılması üçün təkmilləşdirmələr təklif etmək.
Tələblər
İnşaat,
mühəndislik, biznesin idarə edilməsi, texniki və ya digər müvafiq ixtisas
üzrə ali təhsil.
Müvafiq
sahə (sənəd dövriyyəsi / texniki dəstək / layihələrin idarə olunması) üzrə
minimum 2 il iş stajı.
MS
Office proqramlarını yaxşı, 1C proqramını orta səviyyədə bilmək; Aconex
sistemi ilə işləmək bacarığı və AutoCAD proqramı üzrə biliklər
(arzuolunandır).
Yaxşı
səviyyədə təşkilatçılıq, problemi həll etmək, qərarvermə və effektiv
ünsiyyət bacarıqları.
Layihə
sənəd dövriyyəsi standartları, elektron arxivləşdirmə və daxili nəzarət
prosedurları üzrə praktiki təcrübə.
Sənəd
dövriyyəsi və texniki dəstək proseslərini başlanğıcdan yekun nəticəyədək
müstəqil idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı.
Qeyd: Vakansiya müvəqqəti olaraq analıq məzuniyyətində olan əməkdaşın
yerinə nəzərdə tutulub.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Peşəkar
inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək
Rəqabətli
əməkhaqqı və bonus
Geniş
təminatlı tibbi sığorta
Korporativ
loyallıq proqramına üzvlük
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
