Vakansiya haqqında
İş yeri:Daşkəsən rayonu
İş növü:Tam ştat
İş qrafiki: İş qrafiki gündə 7 saatdan, həftə ərzində isə 35
saatdan çox olmamaq şərtilə həftə içi 5 gün
Əsas vəzifə öhdəlikləri:
Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsinin təşkilində iştirak
etmək;
Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat
sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə bağlı avadanlığa səlahiyyətləri çərçivəsində
xidmət göstərmək;
Cəmiyyətdə müvafiq istehsal proseslərinin müasir
informasiya texnologiyaları elementləri əsasında kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi işlərinin icra
olunması;
Nəzarət Ölçü Cihazları və Avtomatika vasitələri, onların iş
prinsipi, quraşdırma və sazlama qaydaları əsasında müvafiq işlərin icra olunması;
Nəzarət Ölçü Cihazları və Avtomatika vasitələri üzrə lahiyələrdə cihaz və avadanlıqların şərti
işarələrinin təmin olunmasını, həmçinin, elektrik dövrə sxemləri əsasında müvafiq işlərin icra
olunması;
Elektrik generatorlarının, alternativ enerji qurğularının
istismarı və texniki xidmətinə nəzarət edilməsində iştirak etmək və lazımı tədbirlərin icra
olunması;
Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq
səlahiyyətləri çərçivəsində müvafiq layihələndirilmə işlərini həyata keçirmək;
Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş
əmsalları nəzərə alaraq, iş həcmlərinin hesablanmasında iştirak etmək;
Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki
xidməti üzrə lazımı dəstəyin göstərilməsi;
Tələb olunan bilik və bacarıqlar:
MS Office (Outlook, Word, Excel),
Ethernet/IP, Profibus sənaye şəbəkələri;
Ölçü-nəzarət cihazları və 4–20 mA / HART siqnalları;
Loop-check, kalibrləmə və nasazlıqların aradan qaldırılması;
Elektrik və avtomatika sxemlərinin oxunması.
Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır;
Tələb olunan təhsil:
Orta ixtisas və ya peşə təhsili
Tələb olunan iş təcrübəsi:
Müvafiq sahədə 2 il iş təcrübəsi
Əmək haqqı və əlavə imtiyazlar:
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən
edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda)
iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün
müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat
xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
