Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Hava Yolları →

Hava Limanları İnfrastrukturu İdarəsi/ Layihə-smeta sənədləri üzrə mühəndis

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Layihə-smeta sənədlərini texniki və smeta baxımından yoxlamaq; Layihələr üzrə nəzərdə tutulan iş həcmlərinin düzgünlüyünü yoxlamaq və müvafiq hesablamaları aparmaq; Smeta hesablamalarının, material və əmək xərclərinin düzgünlüyünü təhlil etmək; Layihə-smeta sənədlərinin qüvvədə olan norma, standart və texniki tələblərə uyğunluğunu yoxlamaq; Təqdim olunan layihə-smeta sənədlərində mövcud uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün zəruri düzəlişlərin aparılmasını təmin etmək; Cari təmir və layihə işləri üzrə iş həcmlərinin hesablanmasında iştirak etmək; Layihə-smeta sənədləri üzrə müvafiq rəyləri, hesabatları və digər zəruri sənədləri hazırlamaq; Layihələndirmə, smeta və icra prosesləri ilə bağlı aidiyyəti struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək; Yerinə yetirilmiş işlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə müvafiq hesabat və məlumatlar təqdim etmək; Vəzifə öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər Ali təhsil; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır; Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint; Layihə-smeta sahəsi üzrə müvafiq sertifikatların olması üstünlükdür; Yazılı və şifahi ünsiyyət bacarıqları; Problemlərin həlli bacarığı; Təqdimat bacarıqları; Öyrənmə qabiliyyəti; Dəyişikliklərə uyğunlaşma bacarığı; Komandada işləmək bacarığı. İş qrafiki: 5 günlük İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.