Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Hava Yolları →

Hava Limanı Əməliyyatları İdarəsi/ Komendant

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Təhkim edilmiş aeroport ərazisində yerləşən inzibati, xidməti və yardımçı binaların, otaqların və ümumi istifadə sahələrinin təmizliyinə, sanitariya-gigiyena vəziyyətinə nəzarət etmək; Təhkim edilmiş ərazidə mütəmadi baxışlar keçirmək, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görmək; Bina və otaqların təsərrüfat təminatını təşkil etmək, əməkdaşlar üçün normal əmək şəraitinin yaradılmasına nəzarət etmək; Təhkim edilmiş ərazidə yerləşən mebel, inventar və digər maddi-texniki vasitələrin qorunmasını və düzgün istifadəsini təmin etmək; Təmizlik və təsərrüfat işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək; Yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək; Müvafiq işlərin təşkili və aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək; Təhkim edilmiş ərazidə görülmüş işlər və mövcud çatışmazlıqlar barədə birbaşa rəhbərinə mütəmadi məlumat vermək. Tələblər Təsərrüfat, inzibati idarəetmə və ya müvafiq sahələr üzrə iş təcrübəsi; Təsərrüfat və texniki xidmət proseslərinin planlaşdırılması, təşkili və icrasına nəzarət bacarığı; İşçilərin fəaliyyətinin koordinasiyası və iş bölgüsünün düzgün təşkili bacarığı; Yaranan problemləri operativ müəyyənləşdirmək, təhlil etmək və müvafiq həll yolları tapmaq qabiliyyəti; Təşəbbüskarlıq, çevik qərarvermə və yüksək məsuliyyətlilik. İş rejimi: Növbəli; İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.